Elchi.az xəbər verir ki, Yaponiya və Çin xarici işlər nazirləri Almaniyada keçirilən konfrans çərçivəsində qeyri-rəsmi danışıqlara hazırlaşır.
Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi bu ay Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşəcək.
Vanq Yi fevralda Rusiyaya səfər edəcək. Çin Xarici İşlər Nazirliyi də yüksək rütbəli diplomatın bu ay Fransa, İtaliya və Macarıstana səfər etməyi planlaşdırdığını bildirib.
Havar Şəfiyeva