Yaponiya Ukraynanın ödəməli olduğu borcu TƏXİRƏ SALIB

32

Yaponiya Rusiyanın hücumlarından sonra iqtisadi problemlər yaşayan Ukraynanın 7,8 milyard yen (60 milyon dollar) borcunu təxirə salmaq qərarına gəlib.

Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ukraynanın maliyyə naziri Sergey Marçenko və Yaponiyanın Kiyevdəki səfiri Matsuda Kuninori borcun yüngülləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Yaponiya hökuməti iqtisadi yükü yüngülləşdirmək üçün Ukraynanın 7,8 milyard yen (60 milyon dollar) borcunu təxirə salmaq qərarına gəlib.

Qərara uyğun olaraq, borc 2027-ci ilin iyun ayından etibarən 10 hissə ilə ödəniləcək.

Hökumət bəyan edib ki, Ukraynaya dəstəyi davam etdirmək üçün G7 ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək.

Yeganə