Yaponiya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məluma görə, yeraltı təkanlar 60 minə yaxın insanın yaşadığı İtoman kəndindən 295 kilometr aralıda qeydə alınıb. Zəlzələnin mənbəyi on kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. seysmoloqların fikrincə, bu zəlzələ ciddi dağıntılara səbəb olmayıb.
Havar Şəfiyeva