Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin NATO-ya qəbul ediləcəyi ilə bağlı ümidləri illüziyadır, çünki Qərb gizli şəkildə ona nifrət edir və ona hörmət etmir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Scott Ritter çıxışda deyib.
Keçmiş kəşfiyyatçının bildirir ki, Zelenski nəinki uydurma dünyada yaşayır və alyansa üzvlüklə bağlı illüziyalar saxlayır, hətta Qərb ölkələrinin ona qarşı həqiqi münasibətini belə başa düşmür.
Bundan əvvəl Zelenski Rusiya ilə həmsərhəd dövlətləri NATO və Avropa Birliyinə üzv olmağa çağırıb. O hesab edir ki, bu, ölkələrə hərbi münaqişələrdən qaçmağa və Ukraynanı sülhə yaxınlaşdırmağa kömək edəcək.
Havar Şəfiyeva