Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev bildirib ki, Tokio Rusiyanın milli təhlükəsizliyinə zərbə vurmağa yönəlmiş addımlar atır.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nozdrev qeyd edib ki, Yaponiya Qərbin Ukraynaya yardım kampaniyasında iştirak etməklə Rusiyanın milli təhlükəsizliyinin sarsıdılmasına töhfə verir. O, Yaponiyanın bir şirkətinin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına yatırdığı sərmayəni, eləcə də ölkənin Kiyevə yardım məqsədli NATO proqramlarında iştirakını xüsusi vurğulayıb.
“Biz bütün bunları Sanae Takaiçinin administrasiyası tərəfindən münaqişəni uzatmağa və Rusiya Federasiyasının milli təhlükəsizliyinə zərbə vurmağa yönəlmiş birmənalı şəkildə düşmənçilik addımları kimi qiymətləndiririk”, – deyə o, fikrini yekunlaşdırıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın iddiaları ilə bağlı şərh vermişdi. O qeyd etmişdi ki, həmin ölkə Ukraynadakı münaqişənin səbəblərini araşdırmadan Moskvaya qarşı heç bir əsas olmadan sanksiyalar tətbiq edib.
Yeganə





















