Yaponiya Rusiyanı Kuril adalarında layihələri dayandırmaqda ittiham edir

89
@‹LŽÒ‰ïŒ©‚·‚鏼–슯–[’·Š¯‚Q‚X“úŒß‘OAŽñ‘ŠŠ¯“@

Rusiya Kuril adaları ilə bağlı humanitar mübadilə və danışıqların dayandırılması ilə bağlı məsuliyyəti Yaponiyanın üzərinə qoyur.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Bütün bu vəziyyət Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranıb və Rusiya tərəfinin məsuliyyəti Yaponiyaya yükləmək cəhdləri son dərəcə əsassız və tamamilə qəbuledilməzdir”, o, Tokioda keçirilən növbəti mətbuat konfransında deyib.
Hirokazu Matsuno dörd adada mübadilələrin və layihələrin bərpasını “gələcək Yaponiya-Rusiya münasibətlərində”, o cümlədən yaponların öz əcdadlarının məzarlarına ziyarətlərini əsas prioritet kimi göstərdi .
“Biz Rusiya tərəfini bu layihələri bərpa etməyə çağırmağa davam edəcəyik”, – o əmin edib.
Bundan əvvəl Yaponiya Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsindən sonra Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını dəstəkləyib. Yaponiyanın sanksiyalar siyahısına həm fiziki şəxslər, həm də Rusiya şirkətləri daxil edilib. Mart ayında Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq Tokio ilə sülh müqaviləsi üzrə dialoqdan çıxdığını və Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişinin dayandırıldığını elan etdi. Yaponiya qərarı “təəssüf doğuran və tamamilə qəbuledilməz” adlandırıb.

Nuranə Məmmədova