Yaponiya hökuməti Yaponiyanın milli ərazi suları ətrafında artan hərbi fəaliyyətlərlə bağlı Çinə “dərin narahatlığını” bildirib.
Elchi.az xəbər verir ki,Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, iki ölkənin Xarici İşlər və Müdafiə Nazirliyinin rəsmiləri Tokioda dənizçilik məsələləri üzrə yüksək səviyyəli hərtərəfli məsləhətləşmə görüşü keçiriblər.
2019-cu ilin mayından sonra keçirilən ilk üzbəüz məsləhətləşmə görüşündə Yaponiya Çinin öz milli ərazi suları ətrafında artan hərbi fəaliyyəti ilə bağlı dərin narahatlığını bildirib.
Nuranə