Yandırılan polis haqqında məlumat

🗓 20.04.2015 11:22 ✍️ "Elçi" qəzeti
Yandırılan polis haqqında məlumat
img1794118Bakının Xəzər rayonunda öldürülərək yandırılan İmişli rayon polis şöbəsinin əməkdaşı 1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov həmişə işində məsuiyyətli olub.
İmişli rayon prokurorluğunun böyük müstəntiqi Elşad Əzimovun ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, qətlə yetirilən polis nəfəri xidmət zamanı heç vaxt problem yaratmayıb.
“Çox yaxşı oğlan idi. Həm də işinə çox ciddi yanaşırdı. Bir müddət bizim prokurorluğunda mühafizədə işləyib. Sonradan sahə müvəkkili vəzifəsinə təyin edilmişdi. Rayonunda böyük hörməti vardı. Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırdı. Elə onu qətlə yetirən 1989-cu il təvəllüdlü Rabil İbayevlə birgə oxuyurdu”, - deyə Elşad Əzimov bildirib.
Böyük müstəntiqin sözlərinə görə, xidməti yoldaşı qətlə yetirən Rabil İbayev rayon ərazisində Post Patrul Xidmətində sürücü işləyirmiş. Onun da rayonda problemləri olmayıb.
“Muxtar Kazımov ilə Rabil İbayev arasında yaxşı münasibətlər vardı. Muxtar Kazımov bu yaxınlarda maşınını satmışdı. Onu öldürən Rabil İbayevdən mərhumun pulu çıxıb”, - deyə Elşad Əzimov bildirib.
Qeyd edək ki, ötən gün Bakıda İmişli rayon polis şöbəsinin əməkdaşı Muxtar Kazımov xidmət yoldaşı Rabil İbayev tərəfindən öldürülüb. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bənzər yazılar