"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Yamülkiləri tanımırıq, ya tülküləri? – Səndən soruşuram, Aslan İsmayılov!

29 May 2019 - 17:22
in CƏMİYYƏT
FacebookVatsap

Bu yazını imperiya ittihamçısı ilə virtual debata giriş nitqim kimi oxuyun!..

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Öncə tarixə ekskursiya edək, icazənizlə.

Osmanlı təbəəsi olan ermənilərin ötən əsrin başlanğıcında Anadoluda və Qafqazlarda çıxardığı fitnə-fəsadı yada salaq.

Osmanlının zəifləməsi, birinci dünya müharibəsində uduzması əl-qolunu açmışdı ermənilərin, “Böyük Ermənistan” xəyalları qurur, İngiltərə, Rusiya və Fransadan aldıqları hərbi-siyasi dəstəklə üsyan və iğtişaşlar törədirdilər.

Nəticədə Osmanlı hökuməti ermənilərin müvəqqəti köçürülməsi haqqında qərar qəbul etdi. Silahlanmış, üsyana qalxmış, düşmən ölkələr tərəfindən idarə olunan erməniləri belə bir qərarla ipə-sapa yatırmaq, əlbəttə, asan deyildi, çaxnaşmalar düşdü, hər iki tərəfdən ölənlər, itənlər oldu.

Ermənilərin hər il “soyqırım” deyib ağlaşma quraraq xatırladığı həmin hadisələrlə bağlı hələ ötən əsrin əvvəllərində iki böyük məhkəmə prosesi keçirilib.

Biri Malta tribunalıdır, mövzumuzla tam əlaqəyə malik olmadığından, bu barədə birinci və qısa danışacam. İngilislər 1915-ci il olaylarında “ermənilərə qarşı qəddarlıq göstərdiyi üçün” 145 türk məmurunu tutaraq Malta adasına götürmüş, orada uzun-uzadı istintaq aparmış, ancaq sonradan – 29 iyul 1921-ci ildə dəlillər yetərsiz olduğundan işə xitam vermişdi.

İkincisi, indiki halda bizim üçün əhəmiyyət daşıyan digər bir məhkəmə isə Osmanlı tarixində işğalçı müttəfiqlərin istəyi və təzyiqi ilə 1918-ci ilin sonlarında yaradılmış “Divan-i Harbi Örfi”dir. Çıxaracağı hökmlər bəribaşdan bəlli, işğalçıların sifarişinə tam uyğun olan həmin fövqəladə məhkəməyə, proses zamanı “Nəmrud” ləqəbi qazanmış Mustafa paşa Yamülki başçılıq edirdi.

Yamülki Mosul həndəvərində doğulmuş, Osmanlı hərbi məktəblərində təhsil almış, genaral rütbəsinə qədər yüksəlmiş bir kürd idi. Hərbi divanda işğalçı güclərin və erməni keşişlərinin qarşısına qoyduğu ittiham aktlarını imzalayandan bir müddət sonra İstanbuldan ingilislərin yardımı ilə qaçmış, 1922-24-cü illərdə indiki İraq ərazilərində Şeyx Mahmud Bərzəncinin qurduğu Kürdüstan Krallığında təhsil naziri olmuşdu.

Osmanlı hərbi məhkəməsinə rəhbərlik etdiyi dönəmdə Mustafa Kamal paşaya və silahdaşlarına qarşı edam hökmü çıxaran Yamülki “Divani Hərb” prosesində Tələt, Ənvər və Camal paşaları da ölümə məhkum etmişdi.

Mustafa Yamülkinin məşhur “Yozqat təhcir davası”nda haqqında edam cəzası çıxardığı qayməqam Mehmet Kamal 1922-ci ildə Ankarada Nazirlər Kabineti tərəfindən “milli şəhid” elan edilmişdi. Həmçinin həmin prosesdən sonra ona qarşı xeyli məhkəmə iddiası qaldırılmışdı.

İndi, izninizlə, Azərbaycana qayıdaq, 1988-ci ilin əvvəllərinə – Sumqayıt hadisələrinə dönək.

Artıq heç kimə sirr deyil ki, o hadisələr sovet DTK-nın və ermənilərin iş birliyi ilə törədilmiş təxribat idi. Məqsəd millətlərarası nifaqı gücləndirmək, xalqımız haqqında neqativ rəylər yaratmaq, ermənilərin gələcək işğal planlarına haqq və zəmin hazırlamaq idi. İşin içərisində yenə Rusiya – 1915-ci il olaylarında erməniləri qızışdıran imperiya vardı.

Sözügedən imperiya “Divani Hərb”ə bənzər bir proses qurmuşdu, məqsədi də o idi ki, “hadisələrə hüquqi qiymət” ilk növbədə ölkənin öz daxilində verilsin – bu, özünü mümkün qədər kənarda və orbitr mövqeyində saxlamaq üçün lazım idi.

İmperiya Azərbaycandan bir Mustafa Yamülki də tapmış, daha doğrusu, əlaltı kimi yetişdirmiş və Azərbaycan prokurorluğunda yerləşdirmişdi. O, sonradan adını “Aslan” qoymuş Allahverdi İsmayılov idi.

Aslan İsmayılovun imperiya ittihamçısı kimi “Sumqayıt prosesi”ndəki iştirakı, tələbləri və rolu barədə həmin məhkəmədə hakim olmuş Mənsur İbayev belə deyir:

“İşin məhkəmə baxışının yekununda Aslan İsmayılov ittiham nitqində azərbaycanlılardan Vaqif Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 94-cü maddəsinin 2,6,7-ci bəndləri, 15,94-cü maddənin, 2,8-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi və 67-ci maddə ilə, yəni kütləvi iğtişaş, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, zorlamaqla əlaqədar adamöldürmə, soyğunçuluq, xuliqanlıq niyyəti ilə, xüsusi təhlükəli residivist tərəfindən adam öldürməyə cəhd və milli və irqi hüquq bərabərliyini pozmaqda təqsirli bilib ölüm cəzasına- güllələnməyə məhkum edilməsini tələb etmişdir.

Məhkəmə isə Vaqif Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72 və 144-cü maddənin 3-cü hissəsi ilə kütləvi iğtişaş və soyğunçuluqda təqsirli bilib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Aslan İsmayılov həmin işdə Nadir Nəcəfovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 144-cü maddəsinin 3-cü hissəsi, 109-cu maddənin 3-cü hissəsi, 94-cü maddənin 2,6,7-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb etmişdir.

Məhkəmə isə N. Nəcəfovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Bu qaydada Aslan İsmayılov həmin iş üzrə Qalib Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 109-cu maddəsinin 3-cü hissəsi, 144-cü maddənin 4-cü hissəsi, 145-ci maddənin 1,2,8-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb etmişdir.

Məhkəmə isə Q. Məmmədovu Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

Aslan İsmayılov həmin iş üzrə Nizami Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsi, 109-cu maddənin 3-cü hissəsi, 94-cü maddənin 2,6,7-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi, 144-cü maddənin 4-cü hissəsi, 145-ci maddənin 2-ci hissəsinin 1,2,8-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb etmişdir. Məhkəmə isə Nizami Səfərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 109-cu maddənin 3-cü hissəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir.

Əfsər İsayevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə, 109-cu maddənin 3-cü hissəsi və 94-cü maddənin 2,6,7-ci bəndləri ilə təqsirli bilib 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi tələb etmişdir.

Məhkəmə isə Əfsər İsayevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə təqsirli bilib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Aslan İsmayılov bütün hallarda ermənilərin öldürülməsini azərbaycanlılar Vaqif Hüseynovun, Nadir Nəcəfovun, Nizami Səfərovun, Əfsər İsayevin üzərinə qoyaraq onları Azərbaycan Respublikası Cinayət Məcəlləsi 94-cü maddəsinin 2,6,7-ci bəndləri ilə təqsirli bilib ittiham etmişdir.

Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytarmışdır”.

Bəli, tarix və millət Mustafa Yamülkini bağışlamır, onu lənətləyir.

Tarix və millət Aslan İsmayılovu da bağışlamır, bağışlamayacaq, lənətləyir, lənətləyəcək.

Çünki 1988-ci ildə, Azərbaycanın bütün vətənsevər övladları Qarabağ üçün meydanlara axışanda, bioqrafiyasını, həyatını, karyerasını təhlükəyə atıb milli azadlıq prosesinə qatılanda, kimi əlinə silah, kimi əlinə qələm alıb erməni iddialarına qarşı vuruşanda, Aslan İsmayılov erməni kilsəsində və imperiya mərkəzində hazırlanan ittihamları məhkəməyə təqdim edir, soydaşlarımıza ölüm hökmü, ağır cəzalar tələb edir, mövqe və rütbə üçün sinov gedirdi.

Odur ki, öləndə qəbrinin üstünə adı nə yazılırsa yazılsın, onun məzarında bir imperiya nökəri, bir tamahkar, bir satqın, bir xəyanətkar, bir riyakar yatacaq və lənətlənəcək!

Tariximiz və millətimiz yamülkiləri tanımır, ya tülküləri?

Səndən soruşuram, debatdan qaçan qorxaq imperiya ittihamçısı!

// AzNews.az

Previous Post

Yamülkiləri tanımırıq, ya tülküləri? – Səndən soruşuram, Aslan İsmayılov!

Next Post

“Şamaxıda vulkan aktivliyini tam dayandırıb”

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

27 Oktyabr 2026 - 17:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 20-si saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri...

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

27 Oktyabr 2026 - 17:16

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb. Elchi.az...

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

27 Oktyabr 2026 - 16:35

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb. Elchi.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, İran...

Next Post
“Şamaxıda vulkan aktivliyini tam dayandırıb”

"Şamaxıda vulkan aktivliyini tam dayandırıb"

Gömrük Komitəsindən rüşvət məsələsi ilə bağlı xəbərə münasibət

Gömrük Komitəsindən rüşvət məsələsi ilə bağlı xəbərə münasibət

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.