"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Yalçın Rəfiyev: Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib

25 May 2026 - 10:08
in SİYASƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Afrika bu gün dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti ilə qitə artıq qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında mühüm rol oynayır.

Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.

 

“Afrika İttifaqı hazırda G20-nin tamhüquqlu üzvüdür. Afrika həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bunu tam dəstəkləyir.

Azərbaycan üçün Afrika uzaq qitə deyil. O, tərəfdaşların, dostların və ortaq arzuların qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmət, həmrəylik, ərazi bütövlüyü və suverenliyə dəstək prinsipləri üzərində qurulub. Bu fürsətdən istifadə edərək, işğal illərində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə görə bütün Afrika ölkələrinə təşəkkür edirəm”.

XİN rəsmisi bildirib ki, son illərdə Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Siyasi dialoq intensivləşib, diplomatik təmaslar artıb və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Ötən ildən bəri Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib. Azərbaycan Respublikasının çoxşaxəli nümayəndə heyəti tərəfindən beş hökumət missiyası həyata keçirilib. Bu gün Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir və həmin ölkə ilə də bu ilin sentyabr ayında münasibətlərin qurulması planlaşdırılır”.

 

Bildirilib ki, son üç ildə Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarından 2025-ci ildə 580 milyon ABŞ dollarına yüksəlib. Bu ciddi artım iqtisadi tərəfdaşlığımızın böyük potensialını nümayiş etdirir.

Qeyd olunub ki, son üç ildə Azərbaycana ikitərəfli səfərlər və müxtəlif tədbirlər çərçivəsində gələn Afrika liderlərinin sayı əhəmiyyətli dərəcədə artıb: “Bu siyahıya Somali, Keniya, Misir, Ruanda, Anqola, Qana, Qvineya-Bisau, Mavritaniya, Zimbabve, Madaqaskar, Mavriki və digər ölkələrin prezidentləri və hökumət başçıları daxildir. Enerji və bərpa olunan enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, mədən sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiya və dövlət xidmətlərinin göstərilməsi kimi sahələrdə geniş əməkdaşlıq imkanları görürük. 2024-cü ildə Azərbaycan COP29 tədbirinə ev sahibliyi edib. Afrika ölkələrinin COP29-da fəal iştirakını yüksək qiymətləndiririk. Tədbirdə qəbul edilən yeni kollektiv maliyyə məqsədi mühüm addım oldu.

Lakin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxış imkanlarının yaxşılaşdırılması üçün hələ çox iş görülməlidir. Biz həmişə Afrikanın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizədə xüsusi şəraitini tanımış və bunu təşviq etmişik.

Humanitar əməkdaşlıq sahəsində də mühüm fəaliyyətlər həyata keçirmişik. Heydər Əliyev Fondu və Leyla Əliyeva bir sıra Afrika ölkələrində mühüm humanitar layihələr reallaşdırıblar.

Azərbaycanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrikada müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyə davam edir”.

Previous Post

Rayonlara güclü yağış yağır – Faktiki hava

Next Post

Çində kömür mədənində partlayış: 90 Ölü

Bənzər yazılar

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi...

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

13 Oktyabr 2026 - 17:12

Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət...

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevə laoslu tələbələrlə bağlı təklifinə görə təşəkkür edib. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56

“Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir”. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında...

Next Post
Çində kömür mədənində partlayış: 90 Ölü

Çində kömür mədənində partlayış: 90 Ölü

Tramp: İranla razılaşma yekunlaşmaq üzrədir

Tramp: İranla razılaşma yekunlaşmaq üzrədir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18
Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

13 Oktyabr 2026 - 17:12
Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08
Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01
Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

13 Oktyabr 2026 - 16:55
Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48
Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24
Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

13 Oktyabr 2026 - 16:11
Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

13 Oktyabr 2026 - 16:05
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.