Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib.
Elchi.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edib, Azərbaycan Respublikasının 3 rəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü münasibətilə paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü münasibətilə paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:




















Son şərhlər