"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Xızının başcısı Xəzər Aslanovun qardaşı Rövşən Aslanov vətəndaşın 482 000 dollarını mənimsəyib?

05 Fevral 2015 - 17:43
in SOSİAL
FacebookVatsap

xiziiiiiiiiNeftçala RİH-nin başcısı İsmayıl Vəliyevin qaynı və iş ortağı olan Rövşən Aslanov qanunları niyə saymır?
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə bəzi dövlət məmurlarının və onların ailə üzvlərinin özbaşınalığına, əhalini incitdiyinə, qanunsuz əməllərinə, mənimsəmələrə görə onları cəzalandıraraq işdən azad edib. Hətta bəzi məmurlar olub ki, etdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma bununla belə yenə də elə məmurlar var ki, neqativ əməllərindən geri qalmır, sıravi vətəndaşlara qarşı qanunsuz hərəkətlərindən əl çəkmir, bəzi hallarda isə dələduzluq edərək , işə düzəltmək, biznes qurmaqda yardım etmək adı altında şəxslərin külli miqdarda pulunu alır və sonradan qaytarmır. Düzdür, dediyim kimi, dövlət rəsmiləri və hüquq-mühafizə orqanları bu tip məmurları mütəmadi olaraq ifşa edirlər. Amma bəzi hallarda onlar vəzifələrini itirsələr də, cinayət məsuliyyətindən kənar qala bilirlər. Bu halda isə mətbuatın rolu danılmaz olur. Məhz mətbuatın köməyilə neçə belə dələduz “məmur”lar ifşa olunaraq, ictimaiyyətin nəzərinə çatdırılıb. Nə qədər məzlumun, incidilərək var-yoxu əlindən alınmış şəxsin haqqını mətbuat vasitəsilə həm hüquq-mühafizə orqanlarının, həm də dövlətin daha yuxarı instansiyalarına məlumat verilib. Bu qəbildən olan hadisə Azərbaycan vətəndaşı, vaxtilə məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun da başına gəlib. O da hazırda yüksək vəzifədə işləyən o cümlədən dələduzluğa görə işdən qovulan bir qrup şəxs tərəfindən haqsızlığa düçar olaraq küllü miqdarda pulu mənimsənilib. Bu günlərdə redaksiyamıza gələn Əliyev Əbülfəz başına gələnləri bizə nəql etdi.
Onun dediyinə görə, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı , vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu mənimsəyib: “Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq 482 000 ABŞ dollar pul toplayaraq Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda fabrikin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayınmağa başladı. O müxtəlif bəhanələrlə görüşdən qaçır, vaxtı uzadır, pulu daha böyük vəzifəli şəxslərə verdiyini deyirdi. Bir müddətdən sonra isə o, tamamilə yoxa çıxdı. Sonradan öyrəndim ki, o törətdiyi bu tip qanunsuz əməllərə görə işdən belə qovulub. Hazırda külli miqdarda borca düşdüyümdən çıxılmaz vəziyyətdəyəm.
Xızının başcısı Xəzər Aslanovun qardaşı Rövşən Aslanov vətəndaşın 482 000 dollarını mənimsəyib
Nə Rövşən Aslanov ona verdiyim pulu qaytarmır, nə qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov bu işə qol qoyur, nə də qaynı Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev yaxın gəlir. Halbuki Rövşən Aslanov mənə bu işi təklif edəndə Türkiyənin İstanbul şəhərində alınan tekstil fabrikinin şərikləri sırasında dediklərimin də adını çəkmişdi. Hətta Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev dəfələrlə mənə demişdi ki, pulun yaxın günlərdə bütünlüklə qaytarılacaq. Amma onun da vədi elə vəd olaraq qaldı. İndi çıxılmaz vəziyyətə düşmüşəm, borc sahibləri hər gün qapımı döyürlər. Mənim isə imkanım yoxdur”.
Əliyev Əbülfəz Cəlal oğlu bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirdi: “Rövşən Aslanovun etbarımdan sui-istifadə edərək mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində əmlakımı dələduzluq yolu ilə əldə etməsi barədə şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdim. Şikayət ərizəm ilkin araşdırma aparıldıqdan sonra mənə məlumat verildi ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən vəzifəli şəxslərin təqsirləndirilməsi ilə bağlı müraciətlər üzrə araşdırma və istintaq prokurorluq tərəfindən aparılır. Bu səbəbdən onlar şikayət ərizəmi aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdilər.
Bundan sonra mən bu işlə əlaqədar hüquqşünaslarla bəzi məsləhətləşmələr apardım. Və onlar mənə bildirdilər ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən daxil olmuş məlumat dərhal qeydiyyata alınır. Cinayət haqqında məlumat alındıqdan sonra 3 gün müddətində, bu mümkün olmadıqda isə 10 gündən artıq olmayan müddətdə cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının nəticələri izrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Amma Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, 1-ci dərəcəli hüquqşunas Anar Nəsibovun imzaladığı 16.12.2014-cü il tarixli məktubla cinayət xarakterli bir məlumatı ilkin yoxlama aparılmadan, məni dindirmədən cavab yazılaraq işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyim məsləhət görülmüşdür”.
Əliyev Əbülfəz Cəlal oğlu bizimlə söhbətində bildirdi ki, artıq əlacı hər yerdən üzülüb, yeganə ümid yeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınadır. Çünki bu işdə Rövşən Aslanova himayədarlıq edən qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov və qaynı Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev bütün gücləri ilə işi ört-basdır etmək istəyirlər. Ona görə də bu məsələni sizin qəzet vasitəsilə ictimailəşdirərək kimin kim olduğunu ölkə Prezidentinə və əlaqədar qurumlara çatdırmaq istəyirəm. Sonda isə Əliyev Əbülfəz Cəlal oğlu qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanladı:
“Möhtərəm çCənab Prezident!
Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və iş şəriki olan vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu tərəfindən dələduzluq yolu ilə aldadılmışam və bunun nəticəsində mənə və yaxin qohum-əqrabama məxsus, ümumilikdə 482 000 ABŞ dolları məbləğində pul vəsaitimiz mənimsənilib.
Hörmətli Cənab Prezident!
Artıq iki ilə yaxındır ki, mən pozulmuş hüquqlarımı bərpa edə bilmirəm. Rövşən Aslanov himayəçilərinin sayəsində öz dələduzluq əməllərini davam etdirir. Müxtəlif bəhanələrlə mənə və ailə üzvlərimə vurduğu maddi zərəri ödəməkdən yayınır.
Rövşən Aslanov himayədarlarının sayəsində qanunların fövqündə dayanır. Heç bir qanun, qayda tanımadığını bildirir və ona “bata” bilməyəcəyimi söyləyir. Keçən müddət ərzində doğrudan da Rövşən Aslanovun himayədarlarının sayəsində qanunların fövqündə durduğunun şahidi oldum.
Yeganə ümidim Sizədir. Axı Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Mən də bu ölkənin vətəndaşıyam. Bəzi dövlət məmurlarının sadə vətəndaşları əzməsinə, ədalətin tapdalanmasına imkan verməyəcəyinizə əminəm. Belə ki, Rövşən Aslanovun himayədarları qüvvətli olsalar da, ədalətli deyillər.
Hörmətli Cənab Prezident!
Əminəm ki, bu müraciətimə biganə qalmayacaqsınız. Bu günədək etdiyim müraciətlərin Sizə çatdırılmasının qarşısı Rövşən Aslanovun yüksək vəzifəli himayədarları tərəfindən alınmışdır. Ona görə Sizə müraciəti mətbuat vasitəsilə etmək məcburiyyətində qaldım. Qeyd edim ki, mən Azərbaycan dövlətinə və Prezidentinə sadiq olan və bunun üçün and içmiş bir zabitəm və bu andıma şərəfimlə sadiqəm. Bu cür məmurların özbaşnalığı və dələduzluğuna sıravi vətəndaşların dövlətdən narazı salınmasına yönəlik bir addım kimi dəyərləndirirəm. Amma qəti əminəm ki, bu kimi hallar möhkəm təməllər üzərində qurulmuş dövlətmizin adına, Cənab Prezident – Sizin yorulmaz fəaliyyətinizə kölgə sala bilməyəcək. Haqq, ədalət Sizin möhkəm iradəniz sayəsində öz yerini tezliklə tutacaq. Mən Sizə güvənərək bu cür məmurlarla sona qədər mübarizə aparacağımı bildirir və pozulmuş hüquqlarımın bərpa olunmasında köməklik edəcəyinizə inanıram.
Hörmətlə. Əbülfəz Cəlal oğlu Əliyev”
P.S. Redaksiyamıza müraciət edən Əbülfəz Əliyev başına gələnlərə əlavə şərh verməyə ehtiyac görmədik. Olan faktlar göz qabağındadır. Yenə də məmur özbaşnalığı, haqqı tapdalanan vətəndaş harayı. Bircə onu deyə bilərik ki, mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı gedənlərin isə cavab haqqını tanıyırıq.Gündelik-baku
(Ardı var)
Hazırladı: Ə.Əliyev

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Previous Post

Xızının başcısı Xəzər Aslanovun qardaşı Rövşən Aslanov vətəndaşın 482 000 dollarını mənimsəyib?

Next Post

Arif Rəhimzadə ilə Qalib Salahzadə “toqquşdu”

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

Arif Rəhimzadə ilə Qalib Salahzadə “toqquşdu”

Arif Rəhimzadə ilə Qalib Salahzadə “toqquşdu”

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.