Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İclas iyunun 6-da Ankarada baş tutacaq.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın XİN başçısı Rəşid Mərədov iştirak edəcək.