Partlayışlar barədə yerli mətbuatda məlumat yayılıb.
Elchi.az xəbər verir ki, bazar ertəsi, yanvarın 22-də səhər saatlarında Kiyevin nəzarətində olan Xerson şəhərində partlayış səsləri eşidilib. Bu barədə yerli Kanal 24 məlumat yayıb.
Xerson şəhərində baş verən partlayışlarla bağlı daha ətraflı məlumat hələlik verilməyib.
Xatırladaq ki, yanvarın 19-da Ukraynanın nəzarətində olan Xersonda zərbələr nəticəsində kritik infrastruktura ziyan dəyib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Onun sözlərinə görə, gün ərzində Xersona minaatan, artilleriya, MLRS, tank və dronlardan 67 hücum həyata keçirilib, nəticədə şəhərin kritik infrastrukturu zədələnib.
Şayəstə Hüseynova