Yaroslav Yanuşeviç elektrik yarımstansiyasının dağıldığını iddia edir.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xersonda kritik infrastruktur müəssisəsi və elektrik yarımstansiyasında partlayışlar baş verib.
Bunu öz teleqram kanalında 2023-cü il yanvarın 9-da bazar ertəsi Kiyev tərəfindən təyin edilmiş vilayətin regional hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.
Onun sözlərinə görə, atəş nəticəsində bir neçə iri qazanxananı qidalandıran elektrik yarımstansiyası sıradan çıxıb. Yanuşeviç hansı kritik infrastruktur müəssisəsinin zədələndiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, Xerson Ukrayna qüvvələrinin nəzarətinə keçdikdən sonra Ukrayna hakimiyyətinin şəhər və sağ sahil ərazilərinin sakinlərinə qarşı sui-istifadə etdiyi barədə dəfələrlə məlumat verilmişdi. İnsanlar sadəcə olaraq Dnepr çayının sol sahilində Rusiyanın nəzarətində olan əraziyə getmək imkanından məhrum idilər.
Şayəstə