Yeni xarici işlər naziri Qin Gang Rusiya ilə konsensus həyata keçirmək istədiyini açıqladı.
Elchi.az xəbər verir ki, bu barədə Çinin yeni xarici işlər naziri Qin Qang Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətində Pekinin Moskva ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib, Çin Xarici İşlər Nazirliyi bildirib.
“Rusiya-Çin münasibətləri bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanır”, – Qin Gang bildirib.
O qeyd edib ki, “Rusiya ilə birlikdə biz iki ölkə liderlərinin əldə etdiyi konsensusu həyata keçirmək və Rusiya-Çin münasibətlərini daim inkişaf etdirmək istəyirik”.
Çinin xarici işlər naziri şəxsən Lavrovla sıx əlaqə saxlamağa hazır olduğunu vurğulayıb.
Şayəstə