"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Xarici mətbuat: Türkiyə Azərbaycandan “ya mən, ya İsrail” seçimi tələb edib

10 Noyabr 2015 - 10:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

İngilsdilli “Media line” analitik informasiya portalında Azərbaycan-İsrail əlaqələri barədə maraqlı yazı dərc olunub. Azərbaycan ictimaiyyəti üçün maraqlı olacağını nəzərə alıb, yazını bəzi ixtisarlarla Elchi.az oxucularına təqdim edirik:

 

Azərbaycan ötən həftə sonlarında həm ölkənin müxalifət partiyalarının, həm də beynəlxalq seçki müşahidəçilərinin iştirak etmədiyi seçkilərə getdi. Seçkiləri müşahidə üçün neft zəngini olan bu ölkəyə gələn tək istisna isə bir neçə İsrailli siyasətçi idi. Mütəxəssislərə görə, bu addım seçkinin etibarlılığının artırılmasına hesablanmaqla yanaşı, həm də yəhudi dövlətiylə onun ən yaxın müsəlman müttəfiqi arasındakı əlaqələrin səmimiyyətini göstərir.

Azərbaycanın geopolitik mövqeyi onun dünyadakı yerini müəyyənləşdirir. Bu ölkə neftlə zəngin Xəzər dənizi üzərində yer alan və  bu hövzənin enerji ixracatını əlində cəmləşdirən Rusiyaya qarşı bir alternativ axtaran Qərb hökumətləri tərəfindən əldə edilməyə çalışılan bir coğrafiyadır. 

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Gallia Lindenstraussun “Media Line”-a verdiyi açıqlamaya görə, İsrail neft idxalatının çoxunu (təxminən 40%-ni) Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti üzərindən təmin edir. Bakı-Tiflis-Ceyhan boru xətti Xəzər dənizi sərhədindəki ölkənin paytaxtı olan Bakıdan başlayıb Gürcüstandan keçərək Türkiyədə sona çatır. Lindenstrauss açıqlamasında deyir:“Tarixən İsrail enerji təhlükəsizliyinə çox əhəmiyyət verib. Bu, İsrailin Qafqaz dövləti ilə yaxın əlaqəsini davam etdirməsinə səbəb oldu və 1991-ci ildə müstəqilliyini elan etdikdən qısa bir müddət sonra Azərbaycanı tanımasına yol açdı”.

Azərbaycan və İran əhalisinin çoxunun şiə müsəlmanlar olmasına baxmayaraq, Bakıya qarşı heç bir sevgisi olmayan İranla cənub sərhədi İsrail üçün eyni səviyyədə əhəmiyyətli olan bir başqa amildir. Lindenstraussa görə, bu vəziyyət “hər iki ölkənin də İranı təbii bir təhdid olaraq görməsinə gətirib çıxarır” və bu səbəbdən İsrail və Azərbaycanı ayrılmaz müttəfiq edir.

Bədin-Sadat Mərkəzindən olan araşdırmaçı, Türkiyənin İsrail və Azərbaycanla imzaladığı razılaşmanın müəllifi Aleksandr Murinsona görə isə, Azərbaycanın yəhudi dövləti ilə ittifaqa isti baxması üçün kifayət qədər səbəb var: “Bunlardan bir qismi hər ikisinin İrana qarşı mövqelərindən, bir qismi də Ermənistanla münasibətlərindən qaynaqlanır”.

Azərbaycan-İsrail əməkdaşlığı hər iki cinah üçün uyğundur. Mütəxəssislərə görə, Yəhudi dövlətinin Azərbaycana müasir silah satışı “İrana bir başqa psixoloji təzyiq cəhdi”dır. Bu silahlar arasında pilotsuz təyyarə və havadan müdafiə texnologiyaları üstünlük təşkil edir.

Lakin əməkdaşlıq bununla da kifayətlənmir. Azərbaycanın coğrafi mövqeyi İsrail üçün onu İranın “arxa qapısı”na çevirir. Murinsona görə, nüvə texnologiyası alimi Mustafa Əhmədi Rövşən sui-qəsdi daxil olmaqla, İsrailin İrana qarşı apardığı bütün casusluq fəaliyyətlərinin Azərbaycan mərkəzli olduğunu önə sürən hesabatlar mövcuddur. 

İran Xarici İşlər Nazirliyi Azərbaycanı İsrail xarici kəşfiyyat agentliyi Mossadla əməkdaşlıq edərək, onun fəaliyyəti üçün münbit mühit yaratmaqda günahlandırır. İsrail reaktiv təyyarələrinin İran hədəflərinə hücum edərkən də, Azərbaycanın İrana olan coğrafi yaxınlığından həm hava sahəsi, həm də yanacaq doldurmaq üçün istifadə oluna bilər.

Türkiyə bu kompleks nizama başqa bir çalar gətirir. Daha əvvəl o, Azərbaycan və İsrail ilə üçlü bir ittifaq yaratmışdı. Lakin 2010-ci ildə “Mavi Mərmərə” hadisəsi səbəbiylə Ankara və İsrail arasındakı əlaqələrin uzun müddətli soyumasından sonra Türkiyə Azərbaycanın onunla İsrail arasında seçim etməsini istədi. Murinsonun fikrincə, Azərbaycan və onun “böyük qardaşı” Türkiyə arasındakı mədəni bağın yaxın olmasına baxmayaraq, çıxar və regional ehtiraslar kiçik qardaşı İsraillə ittifaqa sürüklədi.

İbrani Universitetindən Orta Asiya və Qafqaz sahəsində araşdırma aparan tarixçi Zeev Levin “Media Line”a verdiyi açıqlamada İsrail-Azərbaycan əlaqələrinin gələcəyinin, İsrailin erməni diasporası haqqında uzun müddət davam edən səssizliyini pozmadığı müddətcə davam edəcəyini söyləyib: “Bu mövqe dəyişilərsə, Azərbaycan İsraildən uzaqlaşaraq özünü Ankaranın qollarına atacaq”.

Mənbə: Media Line / Robert Swift

Previous Post

Xarici mətbuat: Türkiyə Azərbaycandan “ya mən, ya İsrail” seçimi tələb edib

Next Post

Sumqayıtda dəhşət: “Arvadımı öldürüb, oğlumu tutduracağam, qızımı isə…”

Bənzər yazılar

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

19 Avqust 2026 - 21:29

Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmaq niyyətindədir. Elchi.az  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin...

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26

Yaxın Şərq münaqişəsi uzanarsa, beynəlxalq aviauçuşlar növbəti il 10% bahalaşacaq. Elchi.az  xəbər verir ki, bu barədə "Tourism Economics" şirkətinin analitik...

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ...

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21

Şərqi Nusa-Tenqarada (İndoneziya) zəlzələ nəticəsində ölənlərin sayı artaraq 71 nəfərə çatıb. Elchi.az  xəbər verir ki, bu barədə İndoneziya mediası Milli...

Next Post

Sumqayıtda dəhşət: “Arvadımı öldürüb, oğlumu tutduracağam, qızımı isə...”

Sumqayıtda dəhşət: “Arvadımı öldürüb, oğlumu tutduracağam, qızımı isə...”

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

20 Avqust 2026 - 09:45
Benzema La Liqaya qayıda bilər

Benzema La Liqaya qayıda bilər

20 Avqust 2026 - 09:38
Qızıl və gümüşün qiyməti artdı

Qızıl və gümüşün qiyməti artdı

20 Avqust 2026 - 09:27
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

20 Avqust 2026 - 09:14
İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

19 Avqust 2026 - 23:20
İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

19 Avqust 2026 - 23:18
“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

19 Avqust 2026 - 22:16
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

19 Avqust 2026 - 22:15
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

19 Avqust 2026 - 21:29
Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21
Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

19 Avqust 2026 - 19:24
NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

19 Avqust 2026 - 19:10
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

19 Avqust 2026 - 19:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.