Çinin keçmiş xarici işlər naziri Qin Qanqın istefası diplomatın etibarlı adamı olan Çin prezidenti Si Cinpinin reytinqinə zərbə vura bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ekspertlərin fikrincə, bu istefa Çin liderinin reytinqinə xələl gətirə bilər, çünki o, daha təcrübəli həmkarlarının yerinə 2022-ci ildə 57 yaşlı Qin Qanqı təyin edib.
“Qin Gang-ın süqutu onun bir çox təcrübəli diplomatların başı üzərinə qalxması kimi gözlənilməz və qəfil oldu. Hər iki addım uğursuz bir hərəkət kimi qəbul ediləcək”- deyə Asiya Cəmiyyəti Siyasəti İnstitutunun beynəlxalq təhlükəsizlik və diplomatiya üzrə vitse-prezidenti Daniel Russell bildirib.
Qeyd edək ki, Xarici İşlər Komissiyasının keçmiş ofisinin rəhbəri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van Yi sonuncu dəfə ictimaiyyət qarşısına çıxan Qin Qanqın yerinə Çinin yeni xarici işlər naziri olub.
Havar Şəfiyeva