Çeçenistan rəhbəri Ramzan Kadırov respublikadakı kişiləri uzun saqqal saxlamağı və qısaldılmış şalvar geyinməyi gənclərin təqlid etməyə başladığı dəb meylinə çevirməməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə o, regionun hüquq-mühafizə bloku rəhbərləri ilə keçirilən müşavirədə bildirib.
“Bizdə çox uzun saqqallı kişilər gəzir. Eyni zamanda onlar kollektiv cümə namazına getmir, məscidlərə baş çəkmir, günlərlə prospektlərdə gəzib bekara vaxt keçirirlər. Onlar uzun saqqalı və qatlanmış şalvarı anlaşılan olmayan bir dəbə çeviriblər və yetişməkdə olan nəsil onları təqlid etməyə başlayır. Onlara müraciət edirəm: saqqallarınızı qısaldın və onları dinə uyğun şəkildə saxlayın”, — deyə Kadırov güc strukturlarının rəhbərləri ilə müşavirədə bildirib.
Region rəhbəri həmçinin qeyd edib ki, bəzi qadınlar respublika üçün xarakterik olmayan geyim üslubunu mənimsəyərək “tamamilə örtünməyə başlayıblar”.
“Onları da ərəb geyim üslubunu mənimsəmədən, islama uyğun geyinməyə çağırmaq lazımdır. Bizdə çadranı heç vaxt taxmayıblar”, — deyə Kadırov əlavə edib.
Məryəm





















