İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 40 fələstinlini nəzarətə götürüb.
Elchi.az xəbər verir ki, Fələstinli Məhbuslar Klubu İsrail qüvvələrinin səhər saatlarından bəri ən azı 40 fələstinlini həbs etdiyini açıqlayıb.
Açıqlamada, həbslərin İordan çayının qərb sahilinin müxtəlif yerlərində həyata keçirildiyi bildirilib.
Hadisə şahidlərindən alınan məlumata görə, İsrail əsgərlərinin İordan çayının qərb sahilinin şimalındakı Tubas və Cenin şəhərlərinə basqınları zamanı bölgə sakinləri ilə əsgərlər arasında gərginlik yaranıb.
Şayəstə Hüseynova