"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük”

13 Oktyabr 2014 - 17:57
in MÖVQE
FacebookVatsap

Bunu da oxuyun

Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

14935Bizimyol.info Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsini təqdim edir:
– Azərbaycanda son vaxtlar xarici qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilikdə edilən dəyişiklərlə bağlı intensiv müzakirələr aparılır. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
– İndiyə qədər xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı fəaliyyəti də bizim qanunvericilikdə tənzimlənirdi. Amma təcrübə göstərdi ki, şəffaflığın, korrupsiyaya qarşı mübariz tədbirlərinin tərkib hissəsi kimi bu sahədə də qanunvericiliyə bir sıra dəyişikliklər etmək lazımdır. Məqsəd bu sahədə şəffaflığı artırmaqdır. Yəni necə ola bilər ki, o qeyri-hökumət təşkilatları daim şəffaflıqdan danışırlar, amma özlərinin fəaliyyətində bu şəffaflıq görünmürdü? Çünki həmin qeyri-hökumət təşkilatları könüllülük əsasında yox, qrant layihələri əsasında fəaliyyət göstərirdilər. Son dövrün araşdırmaları da bizə onu göstərdi ki, təəssüflər olsun ki, bu sahədə boşluqlar çoxdur. Hansı ki, bu boşluqlardan istifadə olunaraq maliyyənin xərclənməsi ilə bağlı, vergi ilə bağlı ciddi nöqsanlar, o cümlədən qrant layihələrinin göstərilən məqsəddən kənar digər məqsədlərə xərclənməsi halları var. Yəni, əslində xarici qeyri-hökumət təşkilatlarının ölkədəki nümayəndəliklərinin fəaliyyətlərində onların, bir daha deyirəm bizim yox, onların yaşadıqları problem məhz bu boşluqlar ilə bağlı olub. Söhbət konkret o təşkilatlardan gedir ki, nizamnamələrinə uyğun Azərbaycan dövləti ilə bağladıqları hüquqi müqavilələr əsasında fəaliyyət göstərmirlər, yuxarıda qeyd olunan yollara əl atırlar. Təbii ki, bu da yolverilməzdir. Onu da deyim ki, eyni bu problemlər, bu məqamlar o xarici təşkilatların baş ofislərinin olduğu ölkələrdə də mövcuddur.
Onların Azərbaycandakı qeyri şəffaf fəaliyyəti ilə bağlı da tək indi yox, indiyə qədər də mütəmadi olaraq ictimaiyyətə məlumatlar, bəyanatlar verilib. Amma biz vətəndaş cəmiyyətində bu məsələlərin həssas məqamlar olmasına görə, buna dözümlə yanaşmışıq. O da məlumdur ki, bu sahədə son vaxtlar ciddi islahatlar aparıldı. Hər şeydən əvvəl artıq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası var. Bu o deməkdir ki, prezident özü QHT-lərə dəstək verir. İkincisi isə, bir çox sahələr var ki, müxtəlif dövlət strukturları özləri də qanunvericiliyə əsaslanaraq o sahədə, mədəniyyətdən tutmuş ekologiyaya qədər vətəndaş cəmiyyətini maliyyələşdirə bilərlər.
Yəni, belə deyək ki, biz artıq xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük. Araşdırmalar da onu göstərir ki, onların indiyə qədər ayırdığı vəsaitlərində çoxu məqsədə uyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib. Çox ciddi pozuntular olub. Bu, qeyri hökumət təşkilatlarının fəaliyyətində və onların xaricdən aldıqları donorlarla bağlı baş verib ki, indi-indi üzə çıxır.
– Qanunvericilikdə edilən dəyişiklərdə xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin fəaliyyəti ilə bağlı əlavə məlumatların verilməsi, o cümlədən xaricdən qrant almaq istəyən təşkilatın burada müvafiq icra hakimiyyətindən rəy alması tələbi də qoyulur ki, bəziləri tərəfindən bu sualla qarşılanır. Dəyişikliklərdə bu qeydlərə ehtiyac nə ilə bağlı idi?
– Mən isə onlara belə bir sual verirəm: nə üçün o prosesi həyata keçirən şəxs tələb olunan bu məlumatları gizləməlidir? Deyək ki, hansısa xarici qeyri-hökumət təşkilatı Azərbaycanda müəyyən bir sahə ilə bağlı layihə həyata keçirir. Əvvəla, o layihənin Azərbaycanda həyata keçirilməsinin zərurəti olmalıdır. Bəzən ehtiyac olmayan layihələrdən, məsələn, İŞİD kimi terror təşkilatı yaranır. Məsələn, müxtəlif təşkilatlar Qərbdə bir sıra layihələri həyata keçiriblər, nələrisə, hansısa ideyalarısa zərurət oldu- olmadı maliyyələşdiriblər və nəticədə İŞİD kimi bir terror təşkilatı ortaya çıxıb. Yəni layihənin ideya baxımından zərurəti əvvəlcədən müəyyənləşməlidir. Müəyyən olunmalıdır ki, o ideya baxımından layihənin bizim cəmiyyətdə həyata keçirilməsinə ehtiyac varmı? İkincisi isə maliyyə baxımından zərurəti nəzərdə keçirilməlidir. Əgər müəyyən bir sahə, ekologiya, mədəniyyət, hüquq islahatları ilə bağlı sahədə kifayət qədər dövlət resursları varsa o zaman xarici donorlara nə ehtiyac var?
Ümumiyyətlə, xarici donorlara ehtiyac müəyyən bir keçid dövrü üçün lazımdır. Azərbaycan isə onu çoxdan keçib. İndi Azərbaycan özü investisiya yatıran ölkələr sırasındadır.
Qaldı ki, müvafiq icra hakimiyyətindən rəyinin tələb olunmasına, o zərurətlə bağlı olan rəydir. Elə bu həmin zərurətlərin əvvəlcədən müəyyən olunması üçün lazımdır. İndiki mərhələdə isə buna ehtiyac var.
– Yəni belə anlama gəlir ki, Azərbaycanın həmin beynəlxalq təşkilatlarla əməkdaşlığına getdikcə son qoyulur?
 
– Əksinə. Əməkdaşlıq üçün şəffaflıq təklif olunur. Azərbaycanın beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığına yeni bir mərhələ gəlir. Bu o deməkdir ki, indiyə qədər iradlar vardısa, artıq buna son qoyulacaq. Təsəvvür edin ki, xarici qeyri-hökumət təşkilatının Azərbaycanda bağladığı müqavilədə əvvəldən hər şey aydın və şəffaf göstərilib, o zaman fəaliyyətdə iradlar təbii ki olmayacaq. Sadəcə yuxarıda da dediyim ki, bir çox sahələr var ki, o sahə ilə bağlı bizim artıq xarici donorlara ehtiyacımız yoxdur. Məsələn, hüquqi islahatları ilə bağlı layihələrin maliyyələşməsinə ehtiyac yoxdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı. ASAN xidməti ilə bağlı və sair, artıq nəinki bizim onlara, onların artıq bizə ehtiyacı var. Bəli, hansısa yeni bir ideyaları varsa dinləməyə hazırıq, buyursunlar. Amma indiki vəziyyətdə yoxdur. Amma elə sahələr var ki, əməkdaşlıq etmək olar. Məsələn, qaçqınlarla bağlı və sair.
– Yerli QHT-lər ilə bağlı qanunvericilikdə daha hansı yeniliklər gözlənilir?
– İndiki dəyişiklərin çox hissəsi elə milli QHT-lərə də aiddir. Dəyişikliklərdə bu barədə ifadə də aydın göstərilib. Hələ ki biz bu dəyişikləri vacib bildik və təklif etdik. Tezliklə plenar iclasda bunların müzakirəsi olacaq.
Previous Post

“Xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük”

Next Post

Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Bənzər yazılar

Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

22 Oktyabr 2026 - 10:45

Dünyanın 2 supergücü sayılan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil. Zahirən bu Azərbaycanın xəritədəki yeri ilə əlaqələndirilə bilər....

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04

Rubio bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı. Elchi.az xəbər verir ki, Vaşinqtonun və prezident Donald Tramp administrasiyasının yardımı...

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35

İddia olunur ki, amerikalı milyarder İlon Mask Ukrayna ordusuna "Starlink" vasitəsilə təqdim olunan internet xidmətinin sürətinin azaldılmasına dair əmr verib....

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

20 Oktyabr 2026 - 11:12

Cənubi Koreya səfirlik heyətinin bir hissəsini Ukraynadan geri çağırmağa hazırlaşır. Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirlik əməkdaşlarının...

Next Post

Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Son xəbərlər

Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq

Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq

22 Oktyabr 2026 - 14:14
Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb

Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb

22 Oktyabr 2026 - 14:07
Pentaqon qoşunlarının bir hissəsini Yaxın Şərqdəki obyektlərdən çıxarır

Pentaqon qoşunlarının bir hissəsini Yaxın Şərqdəki obyektlərdən çıxarır

22 Oktyabr 2026 - 14:00
Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

22 Oktyabr 2026 - 13:52
Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

22 Oktyabr 2026 - 13:43
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib

22 Oktyabr 2026 - 13:30
Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

22 Oktyabr 2026 - 13:16
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

22 Oktyabr 2026 - 13:08
NATO Ukraynaya daha ucuz silah əldə etməyə icazə verəcək

NATO Ukraynaya daha ucuz silah əldə etməyə icazə verəcək

22 Oktyabr 2026 - 13:00
MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

22 Oktyabr 2026 - 12:51
Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

22 Oktyabr 2026 - 12:42
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr 2026 - 12:30
Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

22 Oktyabr 2026 - 12:25
Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

22 Oktyabr 2026 - 12:19
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

22 Oktyabr 2026 - 12:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.