Xalq artisti dayanacaqda dünyasını dəyişdi
Azərbaycanın xalq artisti vəfat edib. Moderator.az xəbər verir ki, xalq artisti Eldar Axundov bir neçə saat
bundan əvvəl dayanacaqda yıxılaraq dünyasını dəyişib. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.

65 yaşlı mərhum müğənni prezident təqaüdçüsü idi.
E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.
Allah rəhmət eləsin.