Elchi.az APA-ya istinadən məlumat verir ki, iclasda Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.
Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələri başçılarının budəfəki görüşü sayca yeddinci olacaq. Nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər.
Müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək 5-ci Xəzər sammitinə hazırlıq olacaq.
Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.