"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

WUF13: 4 tibb müəssisəsi gücləndirilmiş rejimdə çalışacaq, 75 briqada və 35 təcili yardım avtomobili ayrılıb

15 May 2026 - 11:43
in CƏMİYYƏT
FacebookVatsap

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.

Bunu da oxuyun

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

TƏBİB-dən Elchi.az-a verilən xəbərə görə, tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.

Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.

Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.

Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.

Previous Post

Hindistanın Baş naziri Modi 5 ölkəyə rəsmi səfərə başlayır

Next Post

AZAL Dubay reyslərini bərpa edib

Bənzər yazılar

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16

Bakıda bəzi ticarət obyektlərində, xüsusilə köşklərdə kartla ödəniş üçün minimum alış məbləği tələb olunur. Qiyməti 50 və ya 80 qəpik...

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib....

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə dövlət...

Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16

QHT-lər və biznes "bölüşülən dəyər", real əməkdaşlıq mexanizmləri yaratmağa keçid etməlidir Müasir qlobal iqtisadi və sosial çağırışlar fonunda biznes sektorunun...

Next Post
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı

AZAL Dubay reyslərini bərpa edib

Pensiyaçılara şad xəbər!

Bu ilin dörd ayında pensiyalara 2 mlrd. 608 mln. manat vəsait yönəldilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Trampın reytinqi 31%-ə düşüb

Trampın reytinqi 31%-ə düşüb

20 Oktyabr 2026 - 16:00
“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44
Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

20 Oktyabr 2026 - 15:30
Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16
Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08
Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 15:00
Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52
BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30
Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 14:07
“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

20 Oktyabr 2026 - 14:00
İrandan narkotik keçirilməsinin qarşısı alındı

İrandan narkotik keçirilməsinin qarşısı alındı

20 Oktyabr 2026 - 13:51
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.