Hindistanın Baş naziri Narendra Modi Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, İsveç, Norveç və İtaliyaya rəsmi səfərə başlamaq üçün ölkəsini tərk edib.
Elchi.az xəbər verir ki, Hindistan mediası Baş nazir Narendra Modinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hollandiya, İsveç, Norveç və İtaliyaya rəsmi səfərə başlamaq üçün ölkəsini tərk etdiyini açıqlayıb. Bildirilib ki, Modinin səfərləri Hindistanın ticarət, texnologiya, enerji, innovasiya və yaşıl inkişaf kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığını dərinləşdirmək və Yeni Dehlinin Avropa və Körfəz bölgəsi ilə genişlənən əməkdaşlığını gücləndirmək məqsədi daşıyır. Modinin Norveçə səfəri onun ölkəyə ilk səfəri olmaqla yanaşı, 40 ildən çox müddətdə Hindistan Baş nazirinin Norveçə ilk rəsmi səfəridir.
Şayəstə





















