Nəşr Vaşinqtonun Amerika vətəndaşlarını qorumaq qabiliyyətinin aşağı düşdüyünü qeyd edib.
Elchi.az xəbər verir ki, Wall Street Journal ABŞ hökumətini WSJ müxbiri Evan Gershkoviçin saxlanmasına cavab olaraq Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ölkədən çıxarmağa çağırıb.
“Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən çıxarılması ümid edə biləcəyiniz minimumdur”, – nəşr hesab edir. Onların fikrincə, bu insident Vaşinqtonun amerikalıları “hücumlardan” qorumaq imkanlarının azalmasının göstəricisidir.
Həmçinin mesajında WSJ redaktorları öz vətəndaşlarının müdafiəsini ABŞ hakimiyyətinin birinci vəzifəsi adlandırıblar. Xatırladaq ki, jurnalist Evan Qerşkoviç casusluq işi üzrə həbs edilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qerşkoviç cinayət başında yaxalanıb və Kreml çoxdan jurnalistin fəaliyyətini izləyib.
Şayəstə