"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Amerikanın “WorldNetDaily (WND)” saytından ŞOK xəbər

28 Avqust 2014 - 00:09
in MANŞET
FacebookVatsap

Səudiyyə krallığı ABŞ prezidentinə istinadən Afrikada vəhhabiliyi yayır ; “WorldNetDaily (WND)”img1625688 saytı sensasional araşdırma dərc edib

Bunu da oxuyun

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Barak Obamanın Keniyadakı qohumları Amerikanın ilk qaradərili prezidentinin inauqurasiyasından üzü bəri ciddi işlər görüblər. Bu işlərin mahiyyəti ondan ibarətdir ki, Keniyadakı Obama nəslindən olanlar xristianların kəskin çoxluqda olduğu bu ölkəni sürətlə islamlaşdırmaq yolunu tutublar. Onlar ölkədə Şəriət adlanan İslam qanunlarını geniş yaymağa başlayıblar.

Bu barədə Amerikanın nəhəng media layihələrindən olan “WorldNetDaily (WND)” saytında geniş məqalə verilib. Mövzunun mahiyyətinə daha dərindən varmaq üçün bəzi statistik məlumatlara nəzər salaq.
Rəsmi məlumatlara görə, Şərqi Afrika ölkəsi olan Keniyanın 45 milyon əhalisi var. Onların 83 faizi xristiandır. Müsəlmanlarsa əhalinin cəmi 11 faizini təşkil edir. Böyük Britaniyanın müstəmləkəsi olmuş bu ölkə 1963-ci ildə müstəqillik qazanıb. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya bir qayda olaraq ən öndə gedən ölkələr sırasındadır…
“WND” saytında Cermor Korsi tərəfindən qələmə alınmış yazıda deyilir ki, ərəb araşdırıcı Valid və Teodora Şoebatlar bu kimi iddiaları xüsusi məruzədə sənədləşdiriblər. Orada olan bir sıra materiallar Qərbdə nümayiş olunmayıb.
Məsələn, Musa İsmayıl Obama, prezident Obamanın  əmisi oğludur. O, ərəbdilli peyk TV-si olan “Al-Jazeera”yə geniş müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanının kral ailəsi Obama tayfasının yaşadığı Siaya dairəsindəki Alego şəhəri yaxınlığındakı Kogelo kəndi ilə ciddi əlaqələr yaradıb və bu əlaqələr sürətlə inkişaf edir.
Musa Obama Keniyada islamın yayılması istiqamətində ciddi səylər göstərir. Bu isə Səudiyyədə olan varlı elitanın ən böyük arzularından biridir. Onların xəyalındakı odur ki, Keniyadakı müsəlman azlıq xristianların hesabına artaraq azlıqdan çoxluğa çevrilməlidir. Yəni, Keniya müsəlman dövləti olmalıdır.
Valid Şoebat qeyd edir ki, ərəbdlli “Al-Arab” qəzetindəki yazıda vurğulanır ki, Obama adı Keniyada islamın yayılmasında xüsusi önəm daşıyır. Valid Şoebat onu da bildirir ki, həmin yazıda ABŞ prezidenti Barak Obama “islama inanclı” müsəlman kimi təqdim olunur.
“Prezident Obamanın inauqurasiyasından sonra Keniyadakı Obama tayfasının müsəlman hissəsi bum yaşadı. Onlar bir gecənin içində ən kasıb pillədən ən varlı pilləyə sıçradılar. Onlar Qərbi Keniyada ən nüfuzlu nəslə çevrildilər, maliyyə toplamaq üçün qurduqları imperiya Səudiyyə Ərəbistanını da öz ağuşuna aldı” – araşdırıcı Valid Şoebatın hazırladığı məruzədə belə deyilir.
Musa telemüsahibəsində bildirmişdi ki, Səudiyyənin kral ailəsi ona və Sarah Obamanı Həcc ziyarətində iştirak etməsi üçün xüsusi dəvət göndərmişdi: “Bizi qarşılayanda yerə qırmızı xalça sərilmişdi. Bizi saray əhli qarşıladı və  xüsusi mühafizə altında hava limanından ayrıldıq….”
Prezident Obama Səudiyyə kralı Abdullaha təzim edərkən. Dünyanın ən inkişaf etmiş 20 ölkəsinin zirvə görüşü. 2009-cu il
Beləliklə Keniyadakı Obama nəsli Səudiyyənin kral ailəsi ilə birlikdə fikirləşib yeni yol tapdılar. Prezident Obamanın ABŞ-da təhsillə bağlı çağırışından istifadə edərək Keniyada təhsili genişləndirməyə başladılar. Təhsillə bağlı görülən bu işlər şəriət qanunlarının və islamın təbliğinə xidmət etməyə başladı…
Hədəfə çatmaq üçün ABŞ prezidentinin nənəsi Sara Obama öz adına xeyriyyə institutu yaratdı. Az sonra bu institut “Sara Obama ananın Uşaqları Fondu” kimi tanınmağa başladı.
Bu fond öz ianələrinin 90 faizini ABŞ və Avropadan topladı. Fond bildirirdi ki, bu ianələr hesabına yetim və diqqətdən kənarda qalan uşaqlara humanitar yardım həyata keçirir. Fond həmçinin HIV/AIDS kimi dəhşətli viruslara yoluxmuş xəstə uşaqlara da əl tutur.
Valid Şoebat yazır ki, istənilən halda Musa İsmayıl Obamanın müsahibəsindəki Qərb aləmi üçün xoşagəlməz görünə biləcək məqamlar ingilis dilinə tərcümə zamanı kənara atılırdı.
Sara Fondunun əsas vəsaiti dul qalmış qadınlara və yetim uşaqlara yardıma sərf olunmadı. Buna baxmayaraq əsas pul kütləsi Səudiyyə Ərəbistanında şəriəti tədris edən güclü vəhhabi məktəblərinə axıdıldı.
“Bu cihadçı Keniyanın yeni fırıldağı idi. Prezident Obama öz nəslinin Keniyada gördüyü işlərdən xəbərsizdir. Musa Obama “Al-Jazeera” kanalına dedi ki, prezident Obama sevimli əmisi Seyid Hüseyn Obamanı Ağ Evlə hər hansı danışıqlar aparmaqda səlahiyyətli elan edib. Keniyadakı Obamalar da prezidentlə bu məsələdə razıdır” – Valid Şoebat yazır.
Seyid Hüseyn Obama hələ 2009-cu ildə Sara Obamanı Barak Obamanın inauqurasiyasında müşayiət etmişdi.
Prezident Obamanın nənəsi Sara Obama inauqurasiyaya qatılmağa gedərkən
Musa Obama Seyid Hüseynin yaxın adamı olaraq Sara ananın həm fondunun, həm də ailəsinin Keniyanın sosial müstəvisində əsas məsləhətçilərindən birinə çevrildi. Musa elə ərəb medialarını seçirdi ki, onların vasitəsi ilə varlı müsəlman ailələrindən maliyyə yardımı almaq olardı.
Musa Obama qonorar alaraq verdiyi müsahibələrdə belə bir şərt irəli sürülürdü ki, nəslin prezident Obama ilə hər hansı əlaqəsi ilə bağlı suallar verilməyəcək. Siyasi məsələlərlə də bağlı ötəri nələrisə soruşmaq olardı.
“Musa Obama “Al-Jazeera” vasitəsi ilə varlı ərəblərə eşitdirdi ki, Keniyanın müsəlman dövlətinə transformasiya üçün fondlara ehtiyac var və bu kimi işləri görmək onun missiyasıdır. Və bu işdə prezident Obamanın adının nüfuzu və Sara ananın fondunun görəcəyi işlər çoxdur”, Valid Şoebat belə yazır.
O, məruzəsində onu da bildirir ki, Sara ananın fondu Keniyada dünyəvi təhsil üçün elə bir iş görmədi. Dul qadınlara və yetim uşaqlara da onun ciddi yardım göstərməsindən danışmağa dəyməz. Musa Obama heç bir müsahibəsində Sara ananın yaratdığı fondun HİV virusuna yoluxmuş bir uşağa yardımından bir kəlmə də danışmayıb.
Əvəzində Səudiyyə Ərəbistanındakı Vəhhabi Şəriət Mərkəziləri, o cümlədən Mədinədəki İslam Universiteti, Məkkədəki Umm əl-Qura Universiteti, əl-Riyaddakı Məhəmməd ibn Səud adına İslam Universitetinə gedən gənclərə ciddi maliyyə dəstəyi verilib.
Etibarlı mənbə bildirir ki, Strateji Araşdırmalar üzrə Körfəz Məsələləri Mərkəzi vəhhabizmə söykənir. Onlar bu tədris müəssisələrinin “radikal ideyaları canına hopdurmuş Sələfi  məktəbləri” kimi təqdim edirlər. Nəticədə vəhhabizm indi bahar çağını yaşayır…
Məruzənin başqa bir yerində Səudiyyə mediasına istinadən Valid Şoebat bildirilir ki, prezident Obamanın sevimli əmisi Seyid Hüseyn Obama “əl-Qaidə”nin də qatıldığı Müsəlmanların Dünya Liqasında iştirak edir.
Araşdırıcı fikrini əsaslandırmaq üçün rəsmi məlumatlardan sitat da gətirir: “Zati-ali, doktor Abdullah bin Əbdül Möhsün əl-Türki Müsəlmanların Dünya Liqasının sədri və Məkkədə fəaliyyət göstərən Aparıcı Alimlərin Məsləhət Şurasının üzvü kimi bazar ertəsi Seyid Hüseyn Obamanı qəbul edib. O, Keniyadan gəlmiş iş adamıdır, ABŞ prezidenti Barak Obamanın əmisidir. Bu şəxs Müsəlmanların Dünya Liqasının ziyarət edib. Seyid Hüseyn Obamanı bu ziyarətdə Səudiyyədə universitet təhsili almış Keniya vətəndaşları müşayiət edib”.
Araşdırıcı bildirir ki, Müsəlmanların Dünya Liqasının bir neçə üzvünün “əl-Qidə” ilə əməkdaşlıq etməsi bəlli faktdır. O da faktdır ki, bin Laden və “əl-Qaidə” dünyanın hər tərəfində ofisləri olan Müsəlmanların Dünya Liqası tərəfindən maddi dəstək alıb. Bu təşkilat onlar üçün bəzən sığınacağa da çevrilib.
“Al-Jazeera”yə müsahibəsində Musa Obama Məkkədəki Umm əl-Qura Universitetinə göndərilən tələbələrin neçə yola gətirilməsindən də danışır. Onu da bildirir ki, onun özü də ərəb dilini və Şəriəti Mədinədəki universitetdə öyrənib.
Musa deyir: “Mən və əmim Seyid Hüseyn Obama Məkkədəki Umm əl-Qura Universitetində olduq. Keniyadan bu universitetə göndəriləcək gənclərlə bağlı bir sıra məsələləri araşdırdıq”.
Valid Şoebat izah edir ki, Umm əl-Qura Universiteti vəhhabi təhsil sisteminin ən mükəmməl mərkəzi hesab olunur. Bu universitet onunla qürur duyur ki, onlar ilk dəfə Məhəmməd ibn Əbdülvahabın əsərlərini çap ediblər. O, İslamın ən güclü qolunun əsasını qoyub (vəhhabilik nəzərdə tutulur – E.H.)
Araşdırıcının aşağıda təqdim etdiyi fotolarda isə Musa İsmayıl və Seyid Hüseyn Obamaların Məkkədəki  Umm əl-Qura Universitetindəki rəsmilərlə görüşü əks olunur.
Sağdan birinci Seyid Obama və onun yanındakı  Musa Obama Məkkədəki Umm əl- Qura Universitetində
 
Sağdan birinci Umm əl-Qura Universitetinin rektoru Bəkir bin Əsas və Obamalar
Soldan birinci Seyid Obama və Umm əl- Qura Universitetinin rektoru Bəki bin Əsas
 
 
Sağdan birinci Umm əl- Qura Universitetinin rektoru Bəkir bin Əsas və Obamalar
Bu fotoları həmçinin Umm əl- Qura Universitetinin veb-saytında da görmək olar. Universitetin saytı bu görüşdən qürur duyduqlarını vurğulayaraq yazır: “Zati-aliləri, Umm əl- Qura Universitetinin rektoru Bəkir bin Əsas  universitet şəhərciyində zati-aliləri ABŞ prezidenti Barak Obamanın əmisi Seyid Obamanı və ABŞ prezidentinin əmisi oğlu Musa Obamanı qəbul edib”.
Bildirilir ki, Obamaların yaratdığı fond o qədər uğurla işləyir ki, onlar artıq qalan gəncləri Qatara dini təhsil almağa göndərirlər.
“Təhsil almaq üçün bizim fonda müraciət edən gənclərə hər tərəfli yardım edilir, ona görə də bizə müraciətlərin sayı-hesabı yoxdur”, Musa Obama deyir.
“Al-Jazeera” Musa Obamadan müsahibə götürərkən soruşur ki, siz bütün tələbələri ərəb dili və Şəriət öyrənməyə göndərirsiniz. Buna cavab olaraq Musa bildirir ki, onlar bəzi gənclərə tibb və mühəndis təhsili almaq üçün də yardım ediblər.
“Al-Jazeera”nin cənab Musaya verdiyi başqa bir sual da diqqət çəkir.
– Qatara göndərdiyiniz tələbələrin əsas hissəsi nə öyrənəcək?
– Tələbələrin əksəriyyəti Şəriət elmini öyrənəcək. Çünki mən Qatarda olarkən dini təhsil verən mərkəzlərlə əlaqə yaratmışdım…
Elbəyi Həsənli, Sürix 
Tags: SAVAŞ
Previous Post

Amerikanın “WorldNetDaily (WND)” saytından ŞOK xəbər

Next Post

Rusiya sərhədində tıxac aradan qaldırılıb

Bənzər yazılar

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17

ABŞ-da cəfəri, keşniş və kahı kimi təzə göyərtilərlə əlaqəli olan Siklospora parazit xəstəliyi artmaqdadır. Səhiyyə rəsmiləri laboratoriyada təsdiqlənmiş halların sayının...

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post

Rusiya sərhədində tıxac aradan qaldırılıb

Rusiya sərhədində tıxac aradan qaldırılıb

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16
“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.