Vyanada Rusiya nümayəndə heyətinə abidə önünə çiçək qoymağa icazə verilmədi

69

Elchi.az xəbər verir ki, Vyanada ATƏT Parlament Assambleyasının(Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı) sessiyasında Rusiya nümayəndə heyətinin üzvləri Sovet azadlıq döyüşçülərinin abidəsinə çiçək qoymağa icazə verilmədi. Bu barədə Avstriyadakı səfir Dmitri Lubinski jurnalistlərə bildirib.
– Onlardan (Rusiya nümayəndələrindən) viza verərkən Parlament Assambleyasının proqramında olmayan heç bir tədbirdə iştirak etməməyi öhdələrinə götürdükləri barədə sənəd imzalamaları tələb edildi. O cümlədən bu, təəssüf ki, bugünkü mərasimimizə təsir etdi, – diplomat RİA Novosti bildirib.
Agentlik həmçinin qeyd edir ki, Vyanadakı Rusiya diplomatik nümayəndəliklərinin rəhbərləri abidəyə bir anda iki çələng qoydular: biri özlərindən, ikincisi Federal Məclisin nümayəndə heyətindən.

Şayəstə