“Volvo” 1300 işçisini ixtisar edəcək

95

“Volvo” İsveçdə 1300 əməkdaşını ixtisar edir, onlardan 1100-ü şirkətin özündə, qalanları isə ölkənin müxtəlif müəssisələrində çalışır.

Elchi.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Şirkətin məlumatına görə, bu, İsveçdə işçilərin ümumi sayının 6 faizini təşkil edir.

“Volvo”nun direktoru Cim Rovanın dediyinə görə, şirkətdə xərclərin optimallaşdırılması proqramı keçən ildən işə başlayıb. Onun sözlərinə görə, xərclərin azaldılması tədbirləri bəzi əsas sahələrdə öz nəticələrini verməyə başlayıb.

Şirkətdən həmçinin bildirilib ki, yaxın gələcəkdə onlar bütün dünyada xərcləri azaldacaq və fəaliyyətlərinin səmərəliliyini artıracaqlar. Bununla əlaqədar məsləhətçilərin və alınan xidmətlərin sayı azalacaq.

Yeganə