Siyasətçi hesab edir ki, Baydenin prezident seçkilərində iştirakı buna görə məsuliyyətdən yayınmaq cəhdidir.
Elchi.az xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ-ın hazırkı prezidenti Co Baydeni “Şimal axını”nın zədələnməsini, Ukraynanın mülki əhalisinin soyqırımını və Avropa iqtisadiyyatının məhvini təşkil etməkdə ittiham edib.
Onun fikrincə, Baydenin 2024-cü ildə prezidentliyə namizəd olmaq qərarı törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq cəhdidir. Volodin həmçinin qeyd edib ki, Bayden administrasiyası bütün dünyada Pentaqonun biolaboratoriyalarına cavabdehdir və onu Ukraynada korrupsiya biznesi yaratmaqda ittiham edib.
Şayəstə Hüseynova