Vaşinqtonda yenidən küçə iğtişaşları başlayıb. Nümayişçilər ABŞ prezidenti Co Baydenin İsrailə silah verməkdən imtina etməsindən hiddətlənib.
Elchi.az xəbər verir ki, bu barədə 360tv portalı yazır.
Kanalın məlumatına görə, administrasiya 2000 funt (900 kq) ağırlığında 1800 bomba və 500 funt (230 kq) ağırlığında 1700 bombanın daxil olduğu böyük hərbi yardım paketinin göndərilməsini dayandırıb.
Mütəxəssislərin fikrincə, Baydenin qərarı İsrailin Vaşinqtonun çağırışlarına baxmayaraq, Rəfahda çoxlu sayda mülki itki ilə nəticələnə biləcək hərbi əməliyyata başlaması ilə bağlıdır.
Nuranə Məmmədova