Reuters: ABŞ Çinin süni intellekt texnologiyasına çıxışını daha da məhdudlaşdırmaq istəyir.
Elchi.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi süni intellekt (AI) texnologiyaları sahəsində Çinə qarşı yeni tədbirlər paketi hazırlayır, Reuters yazır.
Vaşinqton Çinin yerli texnologiyalara çıxışını daha da məhdudlaşdırmağa çalışır. Bunun ABŞ şirkətlərinə öz məhsullarının kommersiya distribusiyasına məhdudiyyətlər qoyulması yolu ilə həyata keçirilməsi planlaşdırılır.
Nəşr xatırladır ki, indi heç nə dünyanın ən güclü qapalı mənbəli süni intellekt modellərinin tərtibatçıları olan Microsoft, OpenAI və Alphabet kimi Amerikanın süni intellekt nəhənglərinə öz məhsullarını hökumətin nəzarəti olmadan hamıya satmağa mane olmur.
Bundan əvvəl ABŞ Huawei-ni yeni sanksiyalarla cəzalandırmışdı. ABŞ Ticarət Departamenti Intel və Qualcomm-un Çin şirkətinə çip ixrac etməsinə icazə verən lisenziyaları ləğv edib.
Şayəstə Hüseynova