Almaniyanın Volkswagen avtomobil istehsalçısı Rusiyadakı bütün aktivlərini Rusiyanın Avilon dilerinə satıb.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Sövdələşməyə Kaluqanın istehsal gücləri və alman şirkətinin digər biznesi daxildir.
Qeyd edək ki, Volkswagen Rusiyada avtomobillərin yığılmasını və 2022-ci ildə ölkəyə çatdırılmasını dayandırıb. Keçən ilin payızında Almaniya konserni Rusiyadakı aktivlərini bir il ərzində “Porsche”, “Scania” və “MAN” şirkətlərinə satmaq niyyətində idi.
Yeganə