Ukrayna baş naziri ölkəsinin 10 ilə Avropa Birliyinə üzv olacağını bildirib.
Elchi.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Vladimir Qroysman bu barədə Almaniyanın “Funke” media qrupuna daxil olan qəzetə verdiyi müsahibədə bildirib.
V.Qroysman qəzetə bundan olduqca əmin olduğunu söyləyib.
Ukrayna baş nazirinin fikrincə, bunun üçün hakiimiyyət öz standartlarını Avropa Birliyinin standartlarına müvafiq inkişaf etdirməlidir. Vladimir Qroysman bu konteksdə korrupsiya ilə mübarizənin vacibliyini vurğulayıb.
Ukrayna baş naziri Böyük Britaniyanın Avropa Birliyindən çıxma haqqında qərarını tənqid etməyi də unutmayıb.
Bununla belə, Avropa Birliyində Ukraynanın bu coşğusunu paylaşmağa tələsmirlər. Almaniya kansleri Angela Merkel bu il iyun ayının 27-də elə V.Qroysmanın özü ilə görüş zamanı Ukraynanın Avropa Birliyinə üzvlük məsələsinin hazırda gündəmdə olmadığını söyləyib.