Venesuela, ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğunu əsas gətirərək, Argentinadan gələn bütün təyyarələr üçün hava sahəsini bağlayıb.
Elchi.az xəbər verir ki, xarici işlər naziri İvan Gil X sosial şəbəkəsindəki paylaşımında Venesuelanın Conviasa aviaşirkətinə məxsus təyyarənin qaçırılması nəticəsində dəymiş ziyanı kompensasiya edənə qədər Argentinaya hava məkanlarını açmayacaqlarını bildirib.
Argentina prezidentinin sözçüsü Manuel Adorni də gündəlik mətbuat konfransında Venesuelanın qərarına qarşı diplomatik addım atacaqlarını bildirib.
Adorni Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozduğuna görə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində tədbir görəcəklərini qeyd edib.
Nuranə Məmmədova