Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Rusiyaya silah tədarükü ilə bağlı dezinformasiya yaymağı dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bazar ertəsi keçirdiyi brifinqdə deyib ki, ABŞ Rusiyaya silah tədarükü ilə bağlı dezinformasiyanı dayandırmalı və münaqişə zonasında Ukrayna tərəfinə silah verilməsinə görə məsuliyyəti öz üzərinə götürməlidir.
Venbin qeyd edib ki, Birləşmiş Ştatlar döyüş meydanında davamlı olaraq Ukraynaya silah tədarük etməklə yanaşı, məsuliyyəti başqa ölkələrin üzərinə atmaqdadır. Üstəlik, Çin nümayəndəsi bəyan edib ki, ÇXR rəhbərliyi amerikalıların heç bir göstərişini, təzyiqini və təhdidini qəbul etmir. Ağ Evin, Venbinə görə, Çinə əmr vermək hüququ yoxdur.
Diplomat onu da vurğulayıb ki, Ukrayna məsələsində Çinin rəsmi mövqeyi dəyişməz olaraq qalır – onlar məsələnin sülh yolu ilə həllinə və danışıqlara töhfə verəcəklər. Vanq Venbinin sözlərinə görə, münaqişəni kim alovlandırır, kimlərdir, bütün dünya ictimaiyyətinə aydındır. Bununla bağlı diplomat ABŞ-ı öz siyasətinə yenidən baxmağa və yaranmış vəziyyəti həll etmək üçün daha praktik addımlar atmağa çağırıb.
Şayəstə