"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vaşinqtonda iqtidarla şok müzakirələr- masada nələr var…

26 Fevral 2016 - 09:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Vaşinqtonda iqtidarla şok müzakirələr- masada nələr var...     Obama-Əliyev görüşü üçün hazırlıqlar başlayıb; Qərb diplomatik mənbələrindən “Yeni Müsavata”a sızan xəbərə görə, artıq bir neçə aydır ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi görüşlər keçirir; Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir; bəs, rəsmi Bakının şərtləri nədir…

ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı  İlham Əliyevi apreldə Nyu-Yorkda keçiriləcək nüvə sammitinə dəvət etməsindən sonra iki ölkə münasibətlərində yeni mərhələnin başlandığını təsdiq edən daha bir sensasion məlumat almışıq.  
Bakıdakı mötəbər Qərb diplomatik mənbələrindən “Yeni Müsavata”a sızan xəbərə görə, artıq bir neçə həftədir ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Mənbə bildirib ki, müzakirələrdə hər iki ölkənin qarşılıqlı istəkləri müzakirə olunur. 
Amerika tərəfinin hazırladığı paketdə bir neçə məsələ açıq şəkildə öz əksini tapib. Məlumatda iddia olunur ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir. Qaynağımızın daha bir sensasion məlumatı budur ki, ABŞ Xəzərdə bərabər səkildə təhlükəsizliyin qorunması, Əfqanıstana hərbi təyinatlı yüklərin aparılması üçün verilən dəstəyin artırılması niyyətindədir.
O cümlədən Amerika hərbi kontingentinin sivil şəxslərdən olan məhdud qrupunun Azərbaycana yerləsdirilməsi də müzakirə masasındadır. Azərbaycanın da öz şərtləri var. Bu, qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasından  tutmuş, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini nəzarətə almağa qədər, genişı bir spektri əhatə edir.
“Azərbaycan tərəfi hələ ki bu təklifləri müzakirə edir. Amma müzakirə üçün vaxt məhdudiyyəti də var. Çünki Amerika ölkə başçının Nyu-Yorka səfərinədək qəti qərar verməsini gözləyir”, –  deyə, mənbə söyləyib. İddiada deyilir ki, əgər iki prezident arasında özəl görüş olmasa, o anlama gələcək ki, tərəflər razılıq əldə edə bilməyib.
Diplomatik qaynaq əlavə edib ki, hazırda münasibətlərdəki normallaşma çox kövrəkdir, Vaşinqtondakı Azərbaycan hakimiyyəti lobbiçiləri ilə “anti-Azərbaycan” qrupu “döyüş ərəfəsindədir”. Belə ki,  Dövlət Departamenti və ona tabe olan İnsan Haqları və Demokratiya Bürosu, Konqresin bir hissəsi və bəzi beynəlxalq təşkilatlar rəsmi Bakıya qarşı Kristofer Smitin hazırladığı sanksiya layihəsini dəstəkləyirlər. Bunun reallaşması üçün hətta Ağ Ev basda olmaqla, Konqresə təzyiq edirlər. Lakin Pentaqon və Amerika Enerji Nazirliyi sanksiya qərarının qəbul edilməsinə qarşıdırlar, bunun  yanlış olduğunu və basda Ağ Ev olmaqla, Konqresi də belə bu qanun layihəsinin qəbulu fikrindən daşındırmağa çalışırlar.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya ötən il etdiyi səfərdə Azərbaycan-Amerika birgə komissiyası ilə bağlı razılaşmaya əldə olunub. Ehtimal edilir ki, danışıqlar da məhz həmin birgə komissiya formatında aparılır. Bir müddət əvvəl ABŞ səfiri Robert Sekuta demokratiya sahəsində yaradılacaq komissiya barəsində danışarkən bu istiqamətdə irəliləyiş olduğunu təsdiqləmişdi: “Bu kimi mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələdə  inkişaf var” deyə, səfir vurğulamışdı.
Yada salaq ki, 2014-cü ilin əvvəlindən Bakıda ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Bu  beynəlxalq təşkilatlar Bakıdan gedəndən sonra insan hüquqları, demokratiyaya ilə  bağlı məsələlərin layihələşdirilməsi və maliyyələşdirilməsi mümkünsüz olub. Bu isə ABŞ-ın Azərbaycandakı mövqelərinə ciddi təsir edib, vətəndaş cəmiyyəti ilə əlaqələr qırılıb. Bu səbəbdən də ABŞ-ın bu məsələdə israr etməsi təəccüblü deyil.
Siyasi məhbuslar məsələsi də rəsmi Bakı ilə Vaşinqton arasında soyuqluq yaratmış ən ciddi səbəblərdən biridir. İqtidar ötən əfv fərmanında siyasi məhbus kateqoriyasına aid edilənlərin heç birini azad etmədi.
Neftin qiymətinin kəskin düşməsi ilə ölkədəki iqtisadi-maliyyə şərtlərin ağırlaşması, Rusiyanın Ermənistanı silahlandıraraq bölgədə bilinməyən məkrli hərbi planlar hazırlaması Azərbaycan hakimiyyətinə Amerika ilə münasibətlərə yeni düzən verməsini zəruri edir. Amerika Konqresində müzakirəsi gözlənilən sanksiya layihəsi də rəsmi Bakı üçün arzuedilməzdir. Bu səbəbdən mümkündür ki, Vaşinqtondakı danışıqlar sonda anlaşma ilə nəticələnsin.
Previous Post

Vaşinqtonda iqtidarla şok müzakirələr- masada nələr var…

Next Post

`Neftin qiyməti gələn ildən qalxacaq` – Nazir

Bənzər yazılar

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur. Elchi.az -ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza...

Next Post

`Neftin qiyməti gələn ildən qalxacaq` - Nazir

`Neftin qiyməti gələn ildən qalxacaq` - Nazir

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.