Vahid Əhmədov cəbhədəki gərginliyi təsadüf hesab etmir...

🗓 03.08.2014 00:31 ✍️ "Elçi" qəzeti
Millət vəkili silahlı qüvvələrimizdən qələbə sorağı gözləyir...11884

Cəbhədə baş verən son gərginlik və verdiyimiz şəhidlər bütün ölkəni yasa boğmaqla bərabər cəmiyyətimizi ermənilərə və onların havadarlarına qarşı nifrətə kökləyib. Hamı qəzəblidir və düşmənə layiqli cəza verilməsini gözləyir.

Millət vəkili Vahid Əhmədov da Moderator.az-a müraciət edərək şəhidlərimizin ailə üzvləri başda olmaqla Azərbaycan xalqına başsağlığı vermək istədiyini və yaralılara Allahdan şəıfa dilədiyini bildirib:

"Mən ilk növbədə şəhidlərimizə Allahdan rəhmət diləyirəm və yaralılarımızın tezliklə şəfa tapmasını arzulayıram. Vətən sağ olsun. Bu gün Azərbaycan çox çətin və şərəfli günlərindən birini yaşayır və ölkəmizin müstəqilliyini, inkişaf edib dünya birliyində söz sahibi olmasını həzm edə bilməyən mənfur qüvvələrin hərəkətə keçdiyi aydınca hiss edilir. Heç kimə sirr deyil ki, cəbhədəki son gərginlik də Azərbaycana qarşı məkrli planın tərkib hissəsidir və erməniləri üstümüzə qısqırdan Moskva bununla əsəblərimizi sınağa çəkməklə məqsədinə nail olmaq istəyir. Hesab edirəm ki, belə bir həssas dönəmdə bütün cəmiyyətimiz yumruq kimi birləşməli və Ali Baş Komandanın ətrafında olmaqla düşmənə sarsıdıcı zərbə vurulmasına nail olmalıyıq. Ümid edirəm ki, silahlı qüvvələrimiz ən qısa zamanda bizi qələbələriylə sevindirəcək və ermənilərə, onların havadarlarına layiqli qulaqburması verəcəklər."

Bənzər yazılar