Rusiya İranda ən böyük xarici investora çevrilib

🗓 05.06.2025 12:17 ✍️ "Elçi" qəzeti
Rusiya İranda ən böyük xarici investora çevrilib

Səfir Cəlali: Rusiya 2024-cü ildə İrana ən böyük xarici investor oldu.
Elchi.az xəbər verir ki, ötən il İran iqtisadiyyatına xarici sərmayə qoyuluşuna görə Rusiya birinci yeri tutub. TASS xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Diplomat həmçinin Rusiyanın İrandakı qaz layihələrinə yatırdığı investisiyaların həcminin 8 milyard dollar təşkil edəcəyini, bunun 5 milyard dollarının Moskva ilə Tehran arasında əvvəllər əldə edilmiş öhdəliklərə aid olduğunu bölüşüb. Cəlali bildirib ki, yaxın vaxtlarda qalan müqavilələr üzrə razılıq əldə olunacaq.
Səfir əlavə edib ki, Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsindədir, yüksək səviyyəli rəsmilərin səfərləri həyata keçirilir. Bununla bağlı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri gözlənilir”, - deyə Cəlali bildirib.
Mayın 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Putinin İrana işgüzar səfərə dəvəti olub, lakin səfərin tarixləri hələ razılaşdırılmayıb. Onun sözlərinə görə, Rusiya bu ölkə ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

Şayəstə Hüseynova

Bənzər yazılar