Meksika ABŞ-ın polad tarifi qərarına reaksiya verib

🗓 05.06.2025 11:34 ✍️ "Elçi" qəzeti
Meksika ABŞ-ın polad tarifi qərarına reaksiya verib

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın polad idxalına gömrük rüsumunu 50 faizə qaldırmaq qərarına reaksiya verib.
Elchi.az xəbər verir ki, Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Sheinbaum, ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi 25 faizlik tarifi 50 faizə yüksəltmə qərarını tənqid edərək, bu qərarın "ədalətsiz" və "hüquqi əsassız" olduğunu bildirib. Şeynbaum, "Bizim baxışımızdan bunun heç bir hüquqi əsası yoxdur. Çünki iki ölkə arasında ticarət razılaşması var. ABŞ bunu milli təhlükəsizlik baxımından qiymətləndirir. Bununla belə, Ağ Evin sözçüsü təhlükəsizlik də daxil olmaqla bütün mövzularda Meksika ilə yaxşı əməkdaşlığın olduğunu bildirib. Ona görə də bu qərarın haqlı olduğunu düşünmürük". Sheinbaum, İqtisadiyyat naziri Marselo Ebrardın Vaşinqtonda ABŞ ticarət naziri Hovard Lutnik ilə razılığa gəlmək üçün danışıqlar aparacağını açıqladı.
ABŞ ilə ortaq bir yol tapılmasa, Meksikanın öz tədbirləri görəcəyini vurğulayan Şeynbaum, "Əgər razılaşma əldə olunmazsa, alacağımız tədbirləri gələn həftə açıqlayacağıq. Bu problemlər əvvəllər də var idi. Dünyanın digər bölgələrindən idxalın azalması ilə bunları həll etməyə çalışırdıq. Ancaq indi yeni addımlar atmamız lazım ola bilər" deyib.
Dünən Tramp polad və alüminium idxalına qoyulan 25 faizlik gömrük rüsumunu 50 faizə çatdıran fərman imzalayıb.
Sərəncamda tariflərin iyunun 4-də yerli vaxtla saat 00:01-dən qüvvəyə minəcəyi bildirilib.
Bu qərar polad və alüminium istehsalının 84 faizini ABŞ-a ixrac edən Meksikaya dərindən təsir edir.
Sözügedən qərarın "ədalətsiz" olduğunu və "hüquqi əsası olmadığını" vurğulayan Şeynbaum, iqtisadiyyat naziri Marselo Ebrardın ABŞ ticarət naziri Hovard Lutniklə razılaşmaq üçün Vaşinqtona gedəcəyini bildirib.
ABŞ-la ortaq fikir olmadığı təqdirdə tədbir görəcəklərini bildirən Şeynbaum, "Əgər razılaşma əldə olunmasa, tədbirləri (görüləcək) açıqlayacağıq. Bu problemlər var idi, amma biz bu problemləri dünyanın digər yerlərindən idxalın azalması ilə həll edirdik. Əks təqdirdə, gələn həftə atacağımız bəzi tədbirləri açıqlayacağıq" dedi.
ABŞ prezidenti Donald Tramp 3 iyun 2025-ci ildə imzaladığı fərmanla idxal olunan polad və alüminiuma tətbiq edilən gömrük rüsumlarını 25%-dən 50%-ə qaldırıb. Bu qərar, polad və alüminiumun 84%-ni ABŞ-a ixrac edən Meksikaya dərin təsir göstərir.
Bu inkişaflar Meksikanın polad və alüminium sektorunda 380 mindən çox iş yeri və 7,5 milyard dollarlıq investisiyaları risk altında qoyur.

Şayəstə Hüseynova

Bənzər yazılar