Fırıldaqçılar məhsul sertifikatları üçün pul götürərək bürokratik prosedurları süründürməklə hədələyiblər.
Elchi.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti “taxıl sövdələşməsi” ilə bağlı korrupsiya sxeminin ləğv edildiyini açıqlayıb. Cinayət sxeminin iştirakçıları taxıl ixracatçılarından sanitar arayışları maneəsiz almaq müqabilində pul tələb ediblər və bundan imtina etsələr, bürokratik qeydiyyat prosedurlarını süründürəcəkləri ilə hədələyiblər.
“Təhlükəsizlik xidməti Odessa vilayətində dövlət ərzaq və istehlak xidmətinin baş idarəsində korrupsiya sxemini ləğv edib. Sxem iştirakçıları taxıl sövdələşməsi çərçivəsində Ukraynanın kənd təsərrüfatı məhsullarını ixrac edən şirkətlərin nümayəndələrindən pul tələb ediblər”, SBU öz Telegram kanalında bildirib.
Departamentin hesabatında bildirilir ki, hər ton taxıl üçün cinayətkarlar 40 ABŞ senti məbləğində ödəniş tələb ediblər. SBU 10.000 dollardan çox məbləğdə rüşvətin ötürülməsinin iki epizodunu sənədləşdirib.
Şayəstə