"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək

19 İyun 2026 - 14:30
in CƏMİYYƏT
FacebookVatsap

16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasında fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Bunu da oxuyun

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

Bu binalar sökülə bilər

Elchi.az trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni anlayışlar

sosial şəbəkə platforması – istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (platforma) – yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (provayder) – platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;

fərdi rəqəmsal hesab – fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.

Şəxslərin platformada qeydiyyatına dair tələblər

13-4.1. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

13-4.2. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

şəxsin yaşının bəyan edilməsi;
şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

13-4.3. Yuxarıda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirəcək.

13-4.4. Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında 13-4.2-də nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə biləcək.

13-4.5. 13-4.2 və 13-4.4-də nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin ediləcək.

13-4.6. 16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə ediləcək. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.

13-4.7. Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda 13-4.2 və 13-4.4-ün tələblərinə uyğun olaraq təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənəcək.

13-4.8. İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:

onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;
onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

13-4.9. Provayder 13-4.8-də qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

13-4.10. Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

13-4.11. Provayder 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına münasibətdə platformadan istifadə ilə bağlı aşağıdakı texniki və təhlükəsizlik tədbirlərini təmin etməlidir:

istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi;
fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;
fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi;
fərdi rəqəmsal hesablarda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması.

13-4.12. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

13-4.13. Provayder hər təqvim ili üzrə 13-4.10 və 13-4.11-də nəzərdə tutulmuş tələblərin icrası, habelə fərdi rəqəmsal hesabın yaradılmasından imtina hallarının statistikası barədə illik məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti ilin yanvarın 15-dək təqdim etməlidir.

13-4.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) platformalardan bu qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Previous Post

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Next Post

Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Bənzər yazılar

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17

Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55...

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58

Geydirmə "beynəlxalq hüquq müdafiəçisi", keçmiş "zek" Kazım Abbasov - "David Seliverstov" özünü öldürəcəyini, qarnını kəsəcəyini bəyan edib. Elchi.az Musavat.com-a istinadən...

Bu binalar sökülə bilər

Bu binalar sökülə bilər

28 Avqust 2026 - 15:45

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. Elchi.az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə...

Bu tələbələr təhsil haqqı ödəməyəcək

Bu tələbələr təhsil haqqı ödəməyəcək

28 Avqust 2026 - 15:16

2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbul olunan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya...

Next Post
Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Qurbanov Yankoviçlə bağlı qərarını verdi

Qurbanov Yankoviçlə bağlı qərarını verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17
Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

28 Avqust 2026 - 16:11
Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

28 Avqust 2026 - 16:00
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58
Bu binalar sökülə bilər

Bu binalar sökülə bilər

28 Avqust 2026 - 15:45
Bu tələbələr təhsil haqqı ödəməyəcək

Bu tələbələr təhsil haqqı ödəməyəcək

28 Avqust 2026 - 15:16
Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

28 Avqust 2026 - 15:00
Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52
Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44
Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28 Avqust 2026 - 14:14
Gürcüstan prezidenti 226 nəfəri əfv edib

Gürcüstan prezidenti 226 nəfəri əfv edib

28 Avqust 2026 - 14:00
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

28 Avqust 2026 - 13:57
Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

28 Avqust 2026 - 13:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.