Pekində Rusiya prezidenti Vladimir Putin , onun monqolustan həmkarı Uxnaaqiyn Xurelsux və Çin prezidenti Si Cinpin arasında üçtərəfli görüş keçiriləcək.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Lakin bizim danışıqlarımızdan əvvəl ilk növbədə Rusiya, Çin və Monqolustan arasında üçtərəfli görüş, yəni üç ölkə liderinin: Vladimir Putin, Si Cinpin və Monqolustan prezidenti Xurelsuxun görüşü keçiriləcək”, – dövlət başçısının köməkçisi bildirib.
Uşakov əlavə edib ki, görüş belə formatda sayca yeddinci tədbir olacaq. Onun sözlərinə görə, Rusiya bu cür danışıqları dəstəkləyir, çünki bu, qonşu ölkələr arasında əməkdaşlığa təsir göstərir.
Nuranə Məmmədova



















