İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək. Elchi.az xəbər verir ki, sərginin əsas missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Tərəfdaşlar Dövlət Məşğulluq Agentliyi,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. Sərgiyə giriş ödənişsizdir. Qeyd edək ki, dəri 8-10 iyun tarixində, saat 10:00 -18:00-dək
Baku Crystal Hall-da keçiriləcək.
Havar Şəfiyeva