44 günlük müharibədə həlak olan hərbiçi Jora Martirosyanın anası Qayane Martirosyan Apellyasiya Cinayət Məhkəməsinin Martirosyanın həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə qərarından apellyasiya şikayəti verəcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən məhkəmə iclasında iş üzrə prokuror məlumat verib.
“Cinayət Apellyasiya Məhkəməsinin qərarı qanuni və əsaslı deyil, bununla bağlı kassasiya şikayəti veriləcək. Profilaktik həbs üçün əsaslar var. Bu mərhələdə təqsirləndirilən şəxsin düzgün davranışını yalnız həbs təmin edə bilər. Martirosyanın təcridxanada olarkən ölən əsgərlərin valideynlərindən biri Vigen Azatyan Aşot Paşinyana zəng edərək onu mətbuatda açıqlama verməyə çağırıb. Bundan başqa, Aşot Paşinyana bildirilib ki, bu dəfə onu “Erablur”a keçirmək mümkün olmasa, növbəti dəfə aparacaqlar”, – deyə prokuror bildirib.
Aşot Paşinyan Martirosyanın həbs-qətimkan tədbiri ilə bağlı məsələyə münasibət bildirməkdən çəkinərək, bunun vəkillərin işi olduğunu qeyd edib.
“Mən təsdiq edirəm ki, məni həmin gün Qayane Martirosyanla birlikdə məhkəmənin həyətində olan Vigen Azatyan çağırıb. Ərizəmi geri götürmək cəhdləri olub, bunun üçün mənə zəng ediblər”, – deyə A.Paşinyan bildirib.
Qeyd edək ki, bundan əvvəl məhkəmədə Aşot Paşinyan Qaregin Njde küçəsində (yəni valideynlərindən ayrı) yaşadığını və işləmədiyini bildirmişdi.
Yeganə