Rusiya tərəfindən Odessa limanındakı hərbi hədəflərə endirilən zərbələr səbəbindən Ukrayna Qara dənizə çıxışını itirə bilər.
Elchi.az xəbər verir ki, Kiprli jurnalist Aleks Kristoforu bu ehtimalı öz “YouTube” kanalında dilə gətirib.
O, vurğulayıb ki, hücumlar davam etdiyi müddətdə heç bir gəmiçilik şirkəti öz gəmilərini Odessaya göndərməz.
“Düşünürəm ki, bütün bunlar Ukraynanın ciddi şəkildə blokadaya alınması və Qara dənizin itirilməsi ilə nəticələnə bilər”, – deyə Kristoforu bildirib.
Onun sözlərinə görə, Kiyev üçün vəziyyət getdikcə pisləşir.
Daha əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Rusiyanın Odessaya endirdiyi zərbələrin intensivliyinin artmasını izah etmişdi. O qeyd etmişdi ki, bu zərbələr Qərb ölkələrinin Ukraynaya silah təchizatı üçün istifadə etdiyi logistika zəncirlərini pozmağa yönəlib.
Yeganə





















