Təbii qazın alqı-satqısı müqaviləsi bağladığına görə özünə bonus yazıb.
Elchi.az xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) məlumatına görə, “Naftoqaz Ukrainy” şirkətinin idarə heyətinin keçmiş rəhbəri Andrey Kobolev korrupsiyada ittiham olunub.
“İstintaq müəyyən edib ki, şirkət rəhbəri 2018-ci ilin mayında şirkətin işçilərini mükafatlandırmaq üçün sərəncam verib və bunun əsasında qeyri-adi nailiyyətlərə görə ona demək olar ki, 261 milyon qrivna (10 milyon dollar ekvivalenti) ödənilib. Söhbət 2009-2019-cu illərdə təbii qazın alqı-satqısı müqaviləsi ilə bağlı müsbət qərardan gedir”, – deyə departamentin Telegram kanalında bildirilir.
NABU-da qeyd edildiyi kimi, Kobolevin özünə verdiyi mükafatın məbləği standart mükafatdan xeyli çoxdur. Belə ki, 2017-ci ildə o, 12,4 milyon qrivna alıb. Beləliklə, departamentin məlumatına görə, 2018-ci il ərzində Kobolevə 229,25 milyon qrivna köçürülüb – bu, faktiki ödənilmiş bonus və onun maksimum icazə verilən məbləği arasındakı fərqdir.
Şayəstə