Vikipediya layihəsinin sahibi olan Wikimedia Fondu 12 ildən sonra ilk dəfə olaraq onlayn ensiklopediya üçün genişmiqyaslı dizayn dəyişikliyi həyata keçirib.
Elchi.az xəbər verir ki, bu barədə “Mashable” nəşri məlumat yayıb.
Yeni dizayn “Vector 2022” adlanır. Burada məqalə başlıqları səhifənin sol tərəfində yerləşir və bu, materiala tez keçməyə imkan verir.
Maksimum xətt eninin dinamik parametri aşkar edilmişdir. Yeni funksiya məzmunu geniş ekranlı monitorlarda daha yaxşı göstərmək üçün lazımdır. Bundan əlavə, dizaynerlər dilin dəyişdirilməsi imkanını daha görünən yerə – yuxarı sağ küncə köçürüblər.
“Vector 2022” üzərində dünyanın hər yerindən 30-dan çox dizayner, proqramçı və mütəxəssis çalışıb.
Qeyd olunur ki, internet ensiklopediyasının 314 dil versiyasında artıq interfeysin tam və ya qismən dəyişdirilməsi baş verib.
Yeganə