Yanvarın 15-də Nepalda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb.
Elchi.az xəbər verir ki, Paytaxt Katmandudan Poxaraya havalanan Yeti Hava Yollarına məxsus “ATR 72” tipli sərnişin təyyarəsinin qəzaya uğradığı Seti çayı vadisi yaxınlığında aparılan axtarış tədbirləri zamanı daha 2 ABŞ vətəndaşının cəsədi tapılıb və ümumilikdə ölənlərin sayı açıqlanıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, aralarında ABŞ vətəndaşları da daxil olmaqla 72 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı “dərin kədərini” ifadə edib və bu insanların ailələrinə başsağlığı verib.
Baş nazir Puşpa Kamal Dahal qəzanı araşdırmaq üçün 5 nəfərdən ibarət komitə yaratmağa qərar verərkən ölkədə milli matəm günü elan edib.
Şayəstə