Ukraynalılar rus qoşunlarının geri çəkildiyi Xersonda bayram keçirirlər

52

Rusiya qüvvələrinin Dnepr çayının sol sahilinə geri çəkilməsindən sonra Xerson şəhər meydanında şənliklər davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukraynanın cənubunda yerləşən Xerson sakinləri əllərində Ukrayna bayraqları ilə şəhərin rus ordusundan azad edilməsini qeyd etməyə davam edir.
Kadrlarda Xersonun mərkəzində yerləşən inzibati binanın qarşısına toplaşan onlarla insanın Ukrayna əsgərlərinə sevgisini nümayiş etdirdiyi, çoxunun isə sevinc göz yaşlarını saxlaya bilməyəcəyi görünür.
Ukrayna polisinin Xerson şəhər mərkəzinə qayıtması da diqqət çəkib.

Şayəstə